Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

13.10.2024 [23:34]

"Sabahkı matçda xal qazanmaq istəyirik".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının IV turunda Bakıda Slovakiya seçməsi ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı oyunda Bədavi Hüseynovu kapitan olaraq çıxarmağı planlaşdırdığını bildirib: "Çünki onda liderlik xüsusiyyətləri var. Emin Mahmudovu da çox bəyənirəm".

Portuqaliyalı mütəxəssis hücum planında inkişaf etdiklərini söyləyib: "Qol vəziyyətləri yarada bilirik. Bunu davam etdirsək, yaxşı nəticələr qazana bilərik. Estoniya ilə oyunda fasiləyə 2 top üstünlüklə yollanmaq imkanımız var idi. Sadəcə, hazırkı problem çox qol buraxmağımızdır. Müdafiə üzərində daha çox işləməliyik. Çünki bu mövqedə daha intensiv olmalıyıq. Gələcəkdə daha yaxşı olacağıq. Fikrimcə, bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq. İndiki məğlubiyyətlər məni, eləcə də azarkeşləri xoşbəxt etmir. Bu ölkəyə futbolu inkişaf etdirmək üçün təşrif buyurmuşam. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Fanatlar da hər zaman bizə dəstək olsunlar".

F. Santuş texniki heyətə azərbaycanlı məşqçi gətirmək istədiklərini deyib: "Bu işi yığmanın idman direktoru İlqar Qurbanova tapşırmışam. Həmin şəxs təkcə Azərbaycan dilində danışmamalıdır. Yerli mütəxəssisin millidə olması futbolçulara fayda verəcək".

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30