Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın sərbəst güləş yığması dünya üçüncüsü olub

Azərbaycanın sərbəst güləş yığması dünya üçüncüsü olub

28.10.2024 [12:19]

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatını dörd medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, milli komanda mundialda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kiloqram) qızıl, Ruslan Abdullayev (61 kiloqram) və Arseni Djioyev (86 kiloqram) gümüş, Cəbrayıl Qadjiyev (74 kiloqram) isə bürünc medal qazanıblar.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30