Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İsveç millisinin baş məşqçisi: Azərbaycanla oyuna qələbə üçün çıxacağıq

İsveç millisinin baş məşqçisi: Azərbaycanla oyuna qələbə üçün çıxacağıq

18.11.2024 [19:54]

“Sabahkı oyunda qalib gəlmək istəyirik. Meydana da bu məqsəd üçün çıxacağıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunun sonuncu – VI turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mütəxəssis sabahkı qarşılaşmada isveçli azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Meydana qələbə fikri ilə çıxmaq çox vacibdir. C Divizionunda ən yaxşı komanda olmaq istəyirik. Bu, 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off şansımızı artıra bilər. Bir neçə futbolçumuz zədəlidir. Start heyəti ilə bağlı hər şey sabahkı tibbi müayinədən sonra məlum olacaq”.

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Paylaş:
Baxılıb: 316 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30