Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

Azərbaycan hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

13.01.2025 [20:51]

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləyib.

Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib. Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30