Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

"Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

06.02.2025 [15:43]

Türkiyənin "Qalatasaray" komandası növbəti transferini reallaşdırıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın "Genk" klubundan Karlos Kuestanı heyətinə qatıb. Kolumbiyalı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanacaq. "Cim-bom" bu keçid üçün qarşı tərəfə 8 milyon avro təzminat ödəyəcək.

Amma "Qalatasaray"ın 26 yaşlı oyunçu ilə anlaşması azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Tərəfdarların hava limanında klubun, yeni futbolçunun əleyhinə şüarlar səsləndirəcəyi və narazılıq bildirəcəyini, eləcə də oyunçunun bundan narahat olacağını nəzərə alan Superliqa təmsilçisi onu İstanbula gizli gətirib.

Qeyd edək ki, Karlos Kuesta "Qalatasaray"ın qış transfer pəncərəsində heyətinə qatdığı 4-cü futbolçudur. Klub daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Leminanın keçidini həll edib.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30