Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Niderlandlı məşhur futbol hakimi Bakıya gəlir

Niderlandlı məşhur futbol hakimi Bakıya gəlir

25.02.2025 [13:52]

UEFA Hakimlər Komitəsinin üzvü, Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers AFFA-nın dəvəti ilə Bakıya səfər edəcək.

Milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, niderlandlı mütəxəssis fevralın 27-də Bakıda hakimlər üçün seminar keçirəcək.

Kuypers saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.

Qeyd edək ki, 2002-ci ildə hakimliyə başlayan Byorn Kuypers 2006-cı ildə FIFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.

Niderlandlı mütəxəssis 2009-cu ildə U-21 Avropa çempionatının finalını, 2011-ci ildə UEFA Superkubokunu, 2013 və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda AVRO-2020-nin finalını idarə edib, DÇ-2018-də isə dördüncü hakim olub.

Byorn Kuypers 2021-ci il iyulun 29-da “Ayaks”la PSV arasında keçirilən Niderland Superkuboku uğrunda matçı idarə etdikdən sonra karyerasını başa vurub.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30