Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir
24.10.2014 [09:28]
Bakıda təşkil olunacaq Avropa Oyunları sonrakı illərdə keçiriləcək analoji yarışlar üçün bir standart müəyyənləşdirəcək, etalona çevriləcək
Tarixdə ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri uğurla davam edir. Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək Oyunlarda qitənin 6 mindən artıq idmançısı iştirak edəcək. İdmançılar 20 idman növündə mükafatlar uğrunda yarışacaqlar. Oyunlara hazırlıq məqsədilə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. İndiyədək Təşkilat Komitəsi tərəfindən Oyunlara hazırlıq məqsədilə bir sıra tədbirlər həyata keçirilib, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (AOƏK) yaradılıb, AOƏK beynəlxalq standartlara cavab verən, müasir üslubda inşa edilən ayrıca bina ilə təmin olunub. Eyni zamanda, “Bakı-2015” Avropa Oyunlarının təbliği məqsədilə Avropanın bir sıra şəhərlərində, o cümlədən, Kann, Berlin, Afina və digər iri şəhərlərdə ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərdə Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Bu qəbildən olan növbəti tədbir isə oktyabrın 21-də Nyu-York şəhərində, BMT-nin mənzil-qərargahında keçirilib. BMT Baş Məclisinin sessiyası çərçivəsində təşkil olunan tədbirdə gənclər və idman naziri, “Bakı-2015” AOƏK-in baş icraçı direktoru Azad Rəhimov “İnkişaf və sülh naminə idman” mövzusunda məruzə ilə çıxış edib. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları barədə tədbir iştirakçılarına məlumat verən A.Rəhimov deyib ki, 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq. O, qeyd edib ki, bir qayda olaraq, Olimpiya oyunlarına hazırlaşmaq üçün ölkələrin təqribən 7-8 il vaxtı olduğu halda, Avropa Oyunlarına hazırlaşmaq üçün Azərbaycanın cəmi iki ilə yaxın vaxtı olub. Lakin buna baxmayaraq, ölkəmiz ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir. Nazir, daha sonra, “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib.
Qeyd edək ki, Avropa Oyunlarının rəsmi açılış mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqribən 70 min tamaşaçı tutumu olan stadionda tikinti işlərinin böyük hissəsi artıq başa çatıb. Stadionun gələn ilin fevralında istifadəyə verilməsi planlaşdırılıb. Stadionun yaxınlığında idmançıların, eləcə də, onların məşqçilərinin yaşayacaqları “Olimpiya kəndi” inşa olunub. Bu ilin əvvəlində isə həmin ərazidə daha bir möhtəşəm idman qurğusu - Milli Gimnastika Arenası tikilərək istifadəyə verilib. Hazırda isə Bayıl qəsəbəsində Su İdman Sarayında tikinti işləri başa çatmaq üzrədir. Ümumi sahəsi 66 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində inşa olunur və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verəcək. İdman Sarayı üç üzgüçülük hovuzundan ibarət olacaq. Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq əsas hovuz beynəlxalq yarışlar üçün nəzərdə tutulub. Gələn il paytaxtımızda təşkil olunacaq ilk Avropa Olimpiya Oyunlarının su idmanı üzrə əsas yarışları da məhz bu hovuzda keçiriləcək. İkinci hovuz isə məşqlər üçün nəzərdə tutulub. Bundan əlavə, kompleksə daxil olan hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Həmçinin, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Bundan əlavə, Avropa Oyunlarına hazırlıq məqsədilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayında da təmir-yenidənqurma işləri davam etdirilir.
Oktyabrın 21-də, axşam BMT Baş Məclisin qərargahında, həmçinin, “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil olunub. Qəbulda A.Rəhimov gələn il ölkəmizdə keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb”.
Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, dördü qeyri-olimpiya idman növüdür. İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol daxildir.
Xatırladaq ki, ilk Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bundan əlavə, yüngül atletika yarışları da həmin arenada təşkil olunacaq. Qalan yarışlar isə paytaxtdakı digər idman qurğularında keçiriləcək. Bunlardan boks, qılıncoynatma, karate, taekvando və voleybol - “Bakı Kristal Hall”da, oxatma - Tofiq Bəhrəmov adına Respublika stadionunda, badminton, stolüstü tennis - Bakı Əl Oyunları Sarayında, cudo, sambo və güləş - Heydər Əliyev adına İdman-Konsert Kompleksində, gimnastika - Milli Gimnastika Arenasında, su idman növləri - Bakı Su İdmanı Mərkəzində, basketbol - Basketbol Arenasında, çimərlik futbolu və voleybolu - Çimərlik Arenasında keçiriləcək. 20 idman növündən yalnız biri - qayıq yarışları isə Mingəçevir şəhərindəki Olimpiya bazasında təşkil olunacaq.
Beynəlxalq Olimpiya təşkilatlarının rəhbərlərinin də etiraf etdikləri kimi, Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə təşkili onu deməyə əsas verir ki, tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunları köhnə qitənin Olimpiya hərəkatında bir tarix yazacaq, Bakıda təşkil olunacaq Avropa Oyunları sonrakı illərdə keçiriləcək analoji yarışlar üçün bir standart müəyyənləşdirəcək, etalona çevriləcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

