“Synergy Baku”nun təqdimat mərasimi keçirilib
28.02.2015 [13:10]
Sahib Ələkbərov: Azərbaycan dünya idmanında özünəməxsus yer tutur
Sloveniyanın paytaxtı Lyublyananın rəmzi sayılan şəhər qalasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project”in 2015-ci il heyətinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Sloveniya Milli Şurasının sədri Mitya Bervar, Sloveniya Milli Olimpiya Komitəsinin və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər. Təqdimat mərasimi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Sonra çıxış edən AVİF-in vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanın dünya idmanında özünəməxsus yer tutduğunu deyib. Vitse-prezident ölkəmizin “Bakı-2015”ə səylə hazırlaşdığını bildirib və Sloveniya idman ictimaiyyətini bu yarışları seyr etməyə çağırıb. S.Ələkbərov təqdimat mərasimi üçün Sloveniyanın seçilməsinin səbəbsiz olmadığını deyib. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. “Synergy Baku”nu isə cari ildə Avropanın müxtəlif ölkələrində təşkil olunacaq xeyli yarış gözləyir və bu səbəbdən də komandamız hazırlıq üçün lazım olan infrastruktur baxımından, həmçinin, coğrafi nöqteyi-nəzərdən seçimini Sloveniyanın üzərində saxlayıb.
Sloveniya Milli Şurasının sədri Mitya Bervar ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açaraq bu cür tədbirlərin münasibətləri daha da möhkəmləndirdiyini deyib.
Komandanın baş sponsoru “Synergy Group” ASC-nin İdarə Heyətinin sədr müavini Fəxriyar Cabbarov təmsil etdiyi qurumun Azərbaycan idmanına verdiyi töhfədən danışaraq kollektivin uğurlu çıxışı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini deyib. Daha sonra “Synergy Baku”nun üzvləri səhnəyə dəvət olunublar. Geyimlərinin üzərində “Bakı-2015” ilk Avropa Oyunlarının loqosu olan velosipedçilər “Synergy Baku”nun uğurlu çıxışı üçün onlara yaradılan yüksək şəraitə görə federasiya və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komanda üzvlərinin bu ilin yayında keçiriləcək birinci Avropa Oyunlarında uğurlu çıxışı və “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanması klubun əsas hədəflərindən biridir.
Yeri gəlmişkən, “Synergy Baku Cycling Project” komandasının üzvləri Sloveniyada “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşularaq fotoçəkilişlərdə iştirak ediblər. Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanıb.
NADİR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

