“Bakı-2015” birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub
05.03.2015 [10:05]
“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı martın 4-də “Fairmont Baku” hotelində təşkil edilən tədbirdə birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub.
Avropa Oyunlarının idman və ulduz elçilərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş etdirilib.
“Bakı-2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq mötəbər yarışa hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. Qeyd edib ki, Avropa Oyunlarının biletləri aprelin əvvəlində satışa çıxarılacaq. “Bakı-2015”in açılış mərasimi üçün biletlər 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat olacaq. Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi üçün isə 5 manata satılacaq.
On altı yaşdan aşağı uşaqların Avropa Oyunlarına pulsuz izləyəcəyini bildirən Saymon Kleq, “Bakı-2015”ə biletlərin şəxsiyyət vəsiqəsi ilə satılacağını diqqətə çatdırıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva ölkəmizdə Olimpiya hərəkatının inkişafından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Azərbaycanı Avropa Oyunlarında 500 nəfərlik heyət təmsil edəcək. Bunlardan 295-i idmançı, 155-i isə texniki heyətdir. İdmançılardan 166-sı kişi, 129-u isə qadındır.
Avropa Oyunlarının önəmindən danışan K.Nurullayeva, yerli idmançılarımızın “Bakı-2015”ə ciddi hazırlaşdıqlarını vurğulayıb.
Sonra Avropa Oyunlarının medalları nümayiş olunub. “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış və üzərində dekorativ təsvirlər əks olunan medallar 380 qramlıqdır. Medallarn tərtibatı “Soçi-2014” Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını hazırlamış məşhur zərgərlik brendi “Adamas” ilə azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.
Könüllülərin Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə hazırladıqları fləşmob nümayiş etdirildikdən sonra junalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil olunub. Avropadan 6 mindən çox idmançı 17 gün ərzində yarışların mükafatları uğrunda mübarizə aparacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

