“Tour d’Azerbaidjan-2015” veloyürüşünə start verilib
07.05.2015 [09:52]
Yarışın ilk mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb
Dünən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşü start götürüb. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.
Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ölkəmizin “Elit” yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli “AZAL” köynəyini əldə edib.
Mərhələ qalibinə gəlincə, Sloveniyanın “Adria-Mobil” komandasının üzvü Marko Kump 3 saat 36 dəqiqə 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli “Synergy” köynəyinə sahib olub. İtaliyanın “Androni Giocattoli” komandasının üzvü Françesko Kiki, həmçinin, Azərbaycanın “Synergy Baku” və “Elit” yığma komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla müvafiq olaraq 2-3-cü yerləri tutublar. Mərhələ qalibi olmuş Marko Kump ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyini də ələ keçirib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun “Minsk” komandasının üzvü Vladimir Harakavik fərqlənməklə bənövşəyi rəngli “AtaHolding” köynəyinə yiyələnib.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib. 3-cü olan Maksim Averini isə atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin təltif edib.
“Komanda yoldaşlarıma təşəkkür edirəm. Əvvəldən də planımız belə idi ki, mən və ya digər komanda yoldaşım dağ mərhələsinin qalibi olsun”. Bu sözləri mərhələnin ən yaxşı dağ velosipedçisi, “Synergy Baku”nun üzvü Elçin Əsədov deyib. Onun sözlərinə görə, komandanın taktikasına əsasən, Maksim Averinin də ilk üçlüyə düşməsi əvvəlcədən planlaşdırılmışdı.
Mərhələni 3-cü pillədə bitirən Maksim Averin isə hisslərini bu cür bölüşüb: “Hədəfimizə çatdıq. Fəxri kürsüyə qalxıb mükafatçı olmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
İlk mərhələdən sonra “Synergy Baku” komanda hesabında 2-ci yerdədir. Sabah “Tour d’ Azerbaidjan-2015” veloyürüşünün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

