Birinci Avropa Oyunlarının məşəli Tərtərdə böyük coşqu ilə qarşılanıb
13.05.2015 [10:18]
Mayın 12-də Tərtər şəhərində qələbəlik idi. Şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Əllərində üçrəngli bayrağımızı, gül-çiçək və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılanıb. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırıb. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatıb.
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edilib. Çıraq yarışların sonuna qədər “Bakı-2015”-in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil ediriblər. Tərtər şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Səlim Zeynalov sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gəlişi cəbhə bölgəsində yaşayan tərtərlilərdə böyük ruh yüksəkliyinə səbəb olub. Hamının qəlbində fərəh və qürur, çöhrəsində sevinc hissi var. İnanıram ki, Bakıda keçiriləcək yarışlarda Azərbaycanı təmsil edən idmançılar bu sevincimizi daha da artıracaq. İdmançılarımıza uğurlar, xalqımıza qələbə sevinci arzulayıram”.
Birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasında rayonun ümumtəhsil məktəblərinin kollektivləri də iştirak edirdi. Cəmilli kənd tam orta məktəbin müəllimi Rəşad Şahbazov idman bayramına müəllim yoldaşları və şagirdlərlə gəldiyini, sonsuz fərəh hissi keçirdiyini deyib. Bildirib ki, məşəl yürüşü, həmçinin ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin yaddaşında uzun müddət qalacaq, onlarda idmana marağın və vətənpərvərlik hisslərinin artmasında mühüm rol oynayacaq.
Məşəl estafetini seyr edən rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev isə deyib: “Yaşımın çox olmasına baxmayaraq, bu gün buraya əsl gənclik həvəsi ilə gəlmişəm. Atəşkəsin düşmən tərəfindən tez-tez pozulduğu Tərtər rayonunda belə bir möhtəşəm tədbirin keçirilməsini tədqirəlayiq hesab edirəm. Biz tərtərlilər Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir, Azərbaycanı dünyaya daha yaxından tanıdacaq bu mötəbər yarışın ilk dəfə ölkəmizdə keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

