/ / Altay Həsənov: Ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ildə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Federasiyanın prezidenti seçiləndən sonra başlandı
Altay Həsənov: Ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ildə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Federasiyanın prezidenti seçiləndən sonra başlandı
23.06.2015 [09:37]
İyunun 21-də birinci Avropa Oyunlarında gimnastika üzrə yarışlar başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bu yarışların yekunları barədə “Vestnik Kavkaza” agentliyinə müsahibəsində məlumat verib.
AZƏRTAC xəbər verir ki, A.Həsənov yarışların uğurla keçdiyini qeyd edib. O deyib: “Əlbəttə, biz, təşkilatçılar ilk növbədə çalışmışıq ki, bütün idmançılar, bütün iştirakçılar, məşqçilər, rəsmi şəxslər üçün yaxşı şərait yaradılsın. Fikrimcə, bu məqsədimizə çatmışıq. Digər tərəfdən biz, yəni tamaşaçılarımız və Federasiyamız, əlbəttə, medallar gözləyirdik. Bunun üçün həm idmançılar, həm də məşqçilər, Federasiya və rəsmi şəxslər böyük zəhmət çəkiblər. Hamımız çalışmışıq ki, medallar qazanaq. Biz bu niyyətimizə də çatdıq. Beləliklə, bütövlükdə Avropa Oyunları kimi, Bakıda gimnastika yarışları da uğurlu keçdi. Biz idman gimnastikasında beş medal, batut üzərində hərəkətlərə görə bir medal və bədii gimnastikada daha bir medal qazana bildik. Bu, xüsusilə sevindiricidir, çünki bədii gimnastikada rəqabət çox böyük idi. Biz bu medalı almaq üçün illər boyu hazırlaşmışıq. Nəhayət, biz bu medalı halallıqla aldıq. Əlbəttə, yarışların təşkilinə görə, hakimlərə görə narahatlıq keçirirdik, bunsuz ola bilməzdi. Lakin xoşbəxtlikdən, Bakıda Avropa Oyunları bayramı baş tutdu”.
A.Həsənov Rusiya yığmasını qələbə münasibətilə təbrik edərək vurğulayıb ki, Rusiya idmanın başqa növlərində olduğu kimi, gimnastikada da əsas söz sahibidir.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti daha sonra deyib: “Buna görə Rusiya yığmasını çoxlu medallar qazanması münasibətilə təbrik edirəm. Məncə, hamı razı qaldı - iştirakçılar da, tamaşaçılar da”.
A.Həsənov Azərbaycanda gimnastikanın inkişafından söhbət açaraq vurğulayıb ki, ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ildə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Federasiyanın prezidenti seçiləndən sonra başlandı. O deyib: “Mehriban xanım bu işə can qoyub. Bu gün biz həmin zəhmətin bəhrəsini görürük. İllər boyu yorulmadan çəkilən zəhmət sonda bizi bu qələbəyə gətirib çıxartdı. Biz tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi nüfuzlu yarışda bu qədər medal aldıq. Bu qələbənin arxasında idmançıların və məşqçilərin, Federasiyanın rəhbərliyinin və bütün əməkdaşlarının çox böyük zəhməti var”.
Azarkeşlərin dəstəyinin vacibliyini qeyd edən Altay Həsənov deyib: “Azarkeşlər bizi çox dəstəkləyirlər. Bilirəm ki, Moskvada gimnastikanı yüksək qiymətləndirirlər, gimnastika yarışlarına baxmağa gedirlər. İndi bizdə, Bakıda da belədir. Bilirsinizmi, ilk illərdə tribunaları necə doldurmaq mümkün olacağını bilmirdik, adamları cəlb etmək üçün yollar axtarırdıq. İndi azarkeşlər əlindən tərpənə bilmirik. Deməli, bizim can atdığımız tərəqqiyə nail ola bilmişik. Azərbaycanın regionlarında da gimnastika inkişaf edir, müvafiq seksiyalar, məktəblər açılır. Dövlət bütövlükdə idmanı, o cümlədən gimnastikanı çox dəstəkləyir. Buna görə də düşünürəm ki, işlərimiz həmişə uğurlu olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

