/ / Birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev Naxçıvanda böyük coşqu ilə qarşılanıb
Birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev Naxçıvanda böyük coşqu ilə qarşılanıb
08.07.2015 [09:47]
Birinci Avropa Oyunları, eyni zamanda, Naxçıvan Muxtar Respublikası üçün də yaddaqalan oldu. Belə ki, bu mötəbər idman tədbirində çıxış edən boksçu Tayfur Əliyev bürünc medal qazanmaqla, adını tarixə yazdırdı.
AZƏRTAC xəbər verir ki, Tayfur Əliyev Naxçıvana qayıdıb. Avropa Oyunlarının bürünc mükafatçısı Naxçıvan Beynəlxalq Hava Limanında idman ictimaiyyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri və azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sonra Tayfur Əliyev Naxçıvan Üzgüçülük Mərkəzində kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb. Mətbuat konfransından öncə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov boksçunu qazandığı böyük nailiyyətə görə təbrik edib və bu uğuru son illər muxtar respublikada idmana göstərilən qayğının nəticəsi kimi dəyərləndirib.
Gənclər və idman naziri “Bakı-2015” ilk Avropa Oyunlarında bürünc medal qazanmış boksçuya hədiyyə təqdim edib.
Media nümayəndələrinin suallarını cavablandıran Tayfur Əliyev əvvəlcə Avropa Oyunları zamanı ona dəstək olan hər kəsə minnətdarlığını bildirib: “Öncə onu qeyd edim ki, birinci Avropa Oyunlarında çıxış etdiyim üçün çox qürurluyam. Çünki bu yarış tarixdə ilk dəfə keçirildi. İllər ötəcək, amma ilk Avropa Oyunları yadda qalacaq. Özümü şanslı sayıram. Çünki Avropada az sayda idmançı mən yaşadığım hissləri keçirdi. Döyüşlərimə gəldikdə isə çıxışımdan çox da razı qalmadım. Mənim üçün Avropa Oyunlarında qazandığım təcrübə daha önəmlidir. İlk dəfə idi ki, böyüklər arasında, özü də belə mötəbər yarışda iştirak edirdim. Həyəcanım çox idi. Bundan sonrakı yarışlarda - dünya çempionatı və Olimpiya Oyunlarında daha yaxşı döyüşəcəyəm. İstər yarış həyəcanı, istərsə də döyüş taktikası baxımından burada qazandığım təcrübə mənə kömək edəcək”.
Qeyd edək ki, Tayfur Əliyev “Bakı-2015” Avropa Oyunlarında boks yığmamızın heyətində 56 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, 1/8 final mərhələsində Rumıniya boksçusu Nikolae Andreiananı, 1/4 finalda isə Danimarka idmançısı Frederik Yanseni məğlub etsə də, yarımfinalda Rusiya təmsilçisi Baxtovar Nazirova məğlub olaraq bürünc mükafat qazanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:50
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00

