Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Yığmamız Almaniya millisinə qarşı

Yığmamız Almaniya millisinə qarşı

09.09.2009 [09:23]

Azərbaycanın futbol üzrə milli komandasını bu gün 2010-cu il də keçiriləcək Dünya çempionatının seçmə mərhələsi çərçivəsində çətin sınaq gözləyir. Qrupun autsayderlərindən olan yığmamız Hannoverdə lider Almaniya millisinin qonağı olacaq. Sözsüz ki, görüş ilk növbədə komandamızın baş məşqçisi Berti Foqts üçün prinsipial əhəmiyyət daşıyacaq. Belə ki, 63 yaşlı alman mütəxəssis həmyerlilərinə, uzun müddət çalışdırdığı milli komandaya qarşı olacaq və bu dəfə vətənində imtahan verəcək. 1990-98-ci illərdə “Bundestim”ə rəhbərlik edən Foqts nəticə qazanmağı bacarıb. Almanlar 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi olmaqla, növbəti titulunu qazanıb. 1998-ci il Fransada keçirilən Dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına böyük hesablı məğlubiyyətdən (0:3) sonra qovulan Foqtsun bundan sonra Leverkuzenin “Bayer” klubunun sükanı arxasında işi də uğursuz alınıb. Almanların keçmiş baş məşqçilərinə güzəştə gedəcəyini düşünmək sadəlövhlük olardı. Məsələ ondadır ki, almanlar Dünya çempionatına birbaşa vəsiqə verən 1-ci yer uğrunda ən yaxın izləyicisi Rusiya ilə gərgin mübarizə aparır. Buna görə də, ruslarla oyuna qədər 1 xallıq fərqi qorumaq üçün almanlar milli komandamızı məğlub etməlidirlər.

Paylaş:
Baxılıb: 1208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30