/ / Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub
Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub
06.02.2019 [09:44]
Formula 1 Azərbaycan Qran-Prisinin ölkəmizdəki təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə fevralın 5-də “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransa BŞH-nin icraçı direktoru Arif Rəhimov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, “Heineken International” şirkətinin Formula 1 və Formula E yarışlarına sponsorluğuna dair aparıcı mütəxəssis Ben Pinkus və Formula 1 yarışlarının təşkilatçısı Emili Preyzer qatılıblar.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri də iştirak ediblər.
Konfransda “Formula 1: Qlobal brendlər platforması” mövzusunda müzakirələr aparılıb.
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Natəvan Məmmədova konfransda çıxış edərək bildirib ki, mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi orta və kiçik biznes də olmaqla bütün sahələrin inkişafına töhfə verir. İdman yarışmaları, eyni zamanda, turizm sektorunun inkişafına da mühüm təsir göstərir.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təbliğat zamanı brendin uğurla seçilməsinin önəmli olduğunu deyib. Bildirib ki, Azərbaycanla bağlı sonuncu tanıtım videosu ötən ilin sonunda ictimaiyyətə təqdim edilib. Videoçarxın Londonda nümayişi çox uğurlu olub. Cari ildə isə bu təbliğatın Rusiya, Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada təşkili nəzərdə tutulub. Digər ölkələrdə də təbliğatın aparılması planlaşdırılır.
Sonra tanıtım videosu konfrans iştirakçılarına təqdim olunub.
Formula 1 yarışının təşkilatçısı Emili Preyzer Azərbaycan Qran-Prisinin dünya çempionatının təqvimində xüsusi çəkiyə malik olduğunu deyərək diqqətə çatdırıb ki, Azərbaycanda kifayət qədər Formula 1 azarkeşi var. Bütün bunlar rəqəmsal platformalarda aparılan hesablamalar zamanı müəyyən edilir. İldən-ilə yarışı izləyənlərin sayı artır və Azərbaycan Qran-Prisi ilin ən yaxşı yürüşü adını qazanır. Bütün bunlar Azərbaycan Qran-Prisinin təşkilatçılarının yüksək peşəkarlığından xəbər verir.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Formula 1 yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılmasının müsbət hal olduğunu bildirib. O qeyd edib ki, bu müqavilə Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisidir. Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə etdiyini vurğulayan A.Rəhimov deyib: “Biz yarışı təşkil etməyə başlayanda uğur qazanıb-qazanmayacağımızı bilmirdik. Formula 1 tərəfdaşlarının və hökumətin verdiyi rəy işimizin uğurlu olduğunu göstərir. Çalışacağıq ki, qarşıdakı illərdə də uğurlarımız davam etsin”.
O diqqətə çatdırıb ki, indiki məqamda Formula 1-in Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda Formula 1 üzrə simulyator yarışları keçirilib. Cari ildə də Azərbaycan Qran-Prisində bir sıra tanınmış musiqiçilər konsert proqramı ilə çıxış edəcəklər. Tanınmış müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir.
Konfrans zamanı Azərbaycan Qran-Prisi ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.
Digər çıxış edənlər də irimiqyaslı idman yarışlarının ölkə üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu yarışlar iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına da səbəb olur.
Xəbər lenti
Hamısına baxAnalitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12

