“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
28.05.2019 [09:38]
İspaniyada çıxan “Marca” gündəlik idman qəzetinin elektron versiyasında (Marca.com) Bakının mayın 29-da Avropa Liqasının finalında “Arsenal”la “Çelsi” klublarının oyununa ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə final oyununun keçiriləcəyi Azərbaycanın bu günlərdə özünü tamamilə futbola həsr etdiyi diqqətə çatdırılır.
Məqalədə deyilir: Təyyarə Bakıda yerə endikdən sonra qonaqlar əvvəlcə “Baku Final 2019” adlı internet şəbəkəsi ilə tanış olur, həmçinin onları hər yerdə final oyununa dair, həmçinin Obameyanq və Hazard kimi futbolçuların təsvir olunduğu nəhəng loqolar qarşılayır.
“Futbol ölkəmizin idmanında ən önəmli yerə malikdir. İnsanlar onu xüsusi entuziazmla yaşayırlar” - bu fikri oxu.az saytının baş redaktoru Elçin Şirinov qəzetin əməkdaşına müsahibəsində bildirib. Azərbaycanın “Qarabağ” və “Qəbələ” komandalarının Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizəsi xatırlanaraq qeyd olunur ki, Avrasiya ölkəsinin bu klubları da paytaxtdan 4000 kilometr aralıda (İraqın paytaxtı Bağdad və Madrid arasındakı məsafə qədər) yerləşən, Avropa Liqasının finalında qələbə uğrunda yarışacaq iki komandanın vətəninə - Londona gələrək mübarizə aparıblar.
“Qərbi Avropa ilə aramızdakı uzaq məsafəyə baxmayaraq, bu oyuna olan maraq dairəsi Rusiyaya qədər yox, bütün Avropa İttifaqına qədər uzanır. Bizim üçün bu oyun ölkəmizi xaricə nümayiş etdirməyin ən gözəl yollarından biridir”, - deyə azərbaycanlı müxbir Səbuhi vurğulayıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təşkilat rəhbəri Cavid Məmmədli “Marca”ya müsahibəsində hamını əmin edib ki, paytaxt qonaqları qarşılamağa tam hazırdır: “Son illərdə biz Avroviziya, İlk Avropa Oyunları, Formula 1 Qran-Pri, 17 yaşlı qadınlar arasında mundiala ev sahibliyi etmişik və gələn il “Avro 2020”-nin 4 oyunu ölkəmizdə keçiriləcək”.
Bu futbol bayramı siyasətdən də yan keçmədi: başlanğıcda hər komanda üçün az sayda - 6000 biletin ayrılması və Mxitaryanın Azərbaycan və Ermənistan arasındakı konflikti bəhanə edərək Bakıya gəlmək istəməməsi final oyununa kölgə salıb və insanlarda şübhə doğurub. Bu barədə danışan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov deyib: “Biletlərlə bağlı bütün məsələlər UEFA-nın öhdəliyindədir, Miki məsələsinə gəldikdə isə bizim qədər UEFA da onun təhlükəsizliyinin təmin olunacağına zəmanət verib. Mən öz adıma onun gəlməsini istərdim, lakin yenə də bu, onun şəxsi qərarıdır”.
Beləliklə, futbolun yeni panoraması Azərbaycana doğru açılır. Bakı öz qucağını açaraq, futbolun Odlar yurduna gəlişini səbirsizliklə gözləyir.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43

