KİV komandaları arasında voleybol turnirinin yarımfinalçıları bəlli oldu
06.05.2010 [13:03]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin birgə təşkilatçılığı və “Azərsutəchizattikinti” ASC-nin dəstəyi ilə keçirilən kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turnirində dünən 1/4 final mərhələsinin oyunları keçirilib. Əvvəlcə “Səs” qəzeti ilə “İki sahil” qəzeti üz-üzə gəlib. Oyunda “Səs” qəzetinin əməkdaşları rəqibdən üstün oyun nümayiş etdirərək ilk seti öz xeyirlərinə başa vurublar - 25:17. İkinci set isə daha maraqlı keçib. Belə ki, bərabər oyun göstərən komandalar 2-ci setin uzadılmasına səbəb olublar. Setin sonunda hesabda tarazlıq olduğuna görə iki top fərqi olana qədər oyun davam etdirilib. Sonda isə sevinən tərəf “Səs”çilər olub - 27:25.
“Azad Azərbaycan” qəzetinin komandası ilə İTV arasındakı oyun isə daha gərgin və maraqlı keçib. Komandaların yüksək peşəkarlığı və mübarizə əzmi şəraitində keçən matçda ilk seti “Azad Azərbaycan” qəzetinin komandası qalib başa vurub. Lakin bu İTV komandasının əzmini qıra bilməyib. Televiziyaçılar çətinliklə də olsa, ikinci seti öz xeyirlərinə tamamlayıblar. Əlavə olunan üçüncü setdə də tamaşaçılar çox maraqlı anların şahidi olub. Nəticə isə “Azad Azərbaycan” qəzetinin komandası üçün uğurlu olub. Sonuncu seti 15-13 qalib başa vuran qəzetçilər yarımfinala vəsiqəni təmin ediblər.
“Yeni Azərbaycan” qəzetinin komandasının AzərTAc-a qarşı keçirdiyi oyun da nə keyfiyyət, nə də həyəcan baxımından əvvəlki görüşdən geri qalıb. Hər iki tərəf burada olmağa haqlarının çatdığını sübuta yetiriblər. Oyuna gəldikdə isə, matçın ilk dəqiqələri komandamız üçün heç də ürəkaçan başlamayıb. Bir-birinin ardınca kobud səhvlərə yol verən voleybolçularımız, hətta 8 xallıq fərqlə geri düşüb. Nəticədə isə ilk setdə rəqiblərimiz 25-17 hesabı ilə qalib gəliblər. Lakin bu hələ heç nə demək deyildi və qalib gəlmək mümkün idi. İkinci setə komandamız bu inamla başlayıb. Elə bunun nəticəsidir ki, həmin setdə hər şey voleybolçularımız üçün qənaətbəxş idi. Rəqibin səhvlərindən yüksək peşəkarlıqla yararlanan “Yeni Azərbaycan”çılar çempionluq uğrunda yarışda nə qədər iddialı olduqlarını da göstəriblər. Birinci setdən fərqli olaraq, ikinci seti komandamız qalib başa vurub - 25-21. Oyunun taleyi bu dəfə də III setdə həll olunub. Voleybolçularımız həlledici məqamlarda daha yüksək səviyyəli oyun nümayiş etdirərək seti və matçı qalib tamamlayıb. Dünən keçirilməli olan “Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası ilə “Xalq cəbhəsi” qəzetinin komandası arasında matç isə ikincilər oyuna gəlmədiyi üçün baş tutmayıb və “Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası texniki qələbə ilə yarımfinala sonuncu vəsiqənin sahibi olub. Beləliklə, dünən keçirilən 1/4 final matçlarının nəticələri belə olub:
“Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası - “Xalq cəbhəsi” qəzeti 2-0
“Səs” qəzeti - “İki sahil” qəzeti 2-0
İTV - “Azad Azərbaycan” qəzeti 1-2
AzərTAc - “Yeni Azərbaycan” qəzeti 1-2.
Bu gün isə yarımfinal oyunları keçiriləcək. Dünənki oyunlarını qələbə ilə başa vuran 4 komanda yarımfinalda üz-üzə gələcəklər. Günün ilk matçında saat 11:00-da “Azad Azərbaycan” qəzetinin komandası “Yeni Azərbaycan” qəzetinin komandası ilə qarşılaşacaq. İkinci cütlüyün taleyinə isə saat 12:00-da “Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası ilə “Səs” qəzetinin komandası arasında keçiriləcək matçdan sonra aydınlıq gələcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

