Media nümayəndələri arasında voleybol turnirinin püşkü atıldı
16.04.2011 [11:15]
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə 16 komanda birincilik uğrunda mübarizə aparacaq
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə respublikada müxtəlif tədbirlər keçirilir. “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin birgə təşkilatçılığı ilə təşkil edilən voleybol turniri də müstəqil dövlətimizin qurucusunun xatirəsinə həsr edilib. Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında turnirin püşkatma mərasimi keçirildi. Tədbirdə çıxış edən təşkilatçılardan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, 16 media orqanının iştirakı ilə voleybol turnirinin keçirilməsində əsas məqsəd dövlətimizin yaradıcısı olan Heydər Əliyev irsini təbliğ etməkdir. Voleybol turnirinin keçirilməsi həm də respublikamızda xeyli populyar olan bu idman növünün təbliğatına xidmət edəcək. Turnirə qatılan 16 media orqanına təşəkkür edən baş redaktor vurğuladı ki, Ulu öndərin xatirəsinə keçirilən turnirə qatılan 16 komandanın hər biri qalibdir. çünki mətbuat işçiləri daim Ulu öndərin diqqət və qayğısını hiss ediblər. Onun xatirəsinə keçirilən turnirdə iştirakın özü elə qələbə deməkdir. Baş redaktor turnirdə yüksək fəallığın olacağına şübhə etmədiyini qeyd edərək bütün iştirakçıları “lipa” məsələsində həssas olmağa çağırdı. O, qeyd etdi ki, bütün media orqanları ancaq öz işçiləri olan jurnalistlərlə turnirə qatılaraq yaxşı nümunə göstərsinlər. Belə olan halda turnir daha maraqlı və baxımlı olacaq. Sonda baş redaktor turnirə təşkilatı dəstək verən “Azərfon” şirkətinə və Azərbaycan Voleybol Federasiyasına təşəkkür etdi.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, üç qəzetin təşkilatçılığı ilə xatirə turnirinin keçirilməsi artıq ənənə halını alıb. Baş redaktor vurğuladı ki, Ulu öndər Heydər Əliyev ictimai-siyasi həyatın bütün sferalarında dərin izlər buraxıb, müstəsna töhfələr verib. Müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin jurnalistlərə və bu sahəyə həmişə xüsusi rəğbət bəslədiyini söyləyən Hikmət Babaoğlu vurğuladı ki, media nümayəndələri də öz növbəsində daima Ulu öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında böyük xidmətlərini yüksək qiymətləndirir. Baş redaktorun sözlərinə görə bu gün media orqanları arasında belə bir turnirin keçirilməsi ümummilli liderimizin zəngin irsinin təbliğ olunması, Ulu öndərin xidmətlərinin ictimaiyyətin diqqətinə, gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Respublikamızda ümummilli ilderin anadan olmasının 88-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir və media nümayəndələri arasında voleybol turnirinin keçirilməsi bu kütləvi tədbirlər arasında öz layiqli yerini tutacaq. Hikmət Babaoğlu bildirdi ki, ötən il də media orqanları arasında yüksək səviyyəli voleybol turniri keçirildi və turnirin mükafatlandırılma mərasiminə YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov və respublikanın bir çox nüfuzlu ziyalıları qatıldı. Baş redaktor qeyd etdi ki, oyunlara nəzarət edəcək Voleybol Federasiyasının nümayəndəsi demək olar ki, respublikada bütün liqalarda oynayan voleybolçuları yaxşı tanıyır və nəzarət məsələsində onun da xidmətlərindən istifadə ediləcək. Hikmət Babaoğlu bütün iştirakçılara uğurlar arzuladı.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev əvvəlcə bütün iştirakçılara uğurlar arzuladı. O qeyd etdi ki, Ulu öndər daim mətbuat işçilərinə diqqət və qayğı göstərib, söz azadlığının təmin edilməsi istiqamətində müstəsna xidmətlər göstərib. Media işçiləri arasında belə bir turnirin keçirilməsi də bu diqqətin tərənnümüdür. Daha sonra “Səs” qəzetinin baş redaktoru turnirin mükafat fonduna da toxundu. O, bildirdi ki, turnirin qalibi olacaq komanda xüsusi kubokla yanaşı 1500 manat, ikinci komanda 1000 manat, üçüncü komanda isə 600 manat mükafat alacaq. “Səs” qəzetinin rəhbəri də “lipa” məsələsinə toxunaraq komandaları ancaq öz işçiləri olan jurnalistlərdən yararlanmağa çağırdı.
Daha sonra çıxış edən Azərbaycan Voleybol Federasiyasının Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov bildirdi ki, 16 komandanın qatılacağı turnirdə oyunlar 3 hissədən ibarət olacaq. Hər qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq. Daha sonra 1/ 4, yarımfinal və final oyunları baş tutacaq. Oyunlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında keçiriləcək. Püşkatma ilə bağlı məlumat verən beynəlxalq dərəcəli referi qeyd etdi ki, ötən il keçirilən turnirin nəticələri bu dəfə püşkatmada nəzərə alınacaq. Daha sonra püşkatma keçirildi. İştirakçı komanda nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən püşkatma nəticəsində qruplar aşağıdakı kimi formalaşdı:
A qrupu
1. “İki Sahil”
2. AzərTAc
3. “Bakı xəbər”
4. “Paritet”
B qrupu
1. “Yeni Azərbaycan”
2. “Xalq cəbhəsi”
3. “Xalq qəzeti”
4. “Lider TV”
C qrupu
1. “SİA” və “Səs TV”-nin birgə komandası
2. “İTV”
3. “Kaspi”
4. “ATV”
D qrupu
1. “Səs”
2. “Mövqe”
3. “Azərbaycan müəllimi”
4. “Palitra”
Qeyd edək ki, aprelin 21-də keçiriləcək ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. Qəzetimizin komandasının “Lider TV”-nin voleybolçuları ilə görüşəcəyi ilk turun oyunları belədir:
“İki Sahil” - “Paritet”
AzərTAc - “Bakı xəbər”
“Yeni Azərbaycan” - “Lider TV”
“Xalq cəbhəsi” - “Xalq qəzeti”
“SİA”+“Səs TV” - “ATV”
“Kaspi” - “İTV”
“Səs” - “Palitra”
“Mövqe” - “Azərbaycan müəllimi”
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35

