Bölgədə turizmə və iqtisadi inkişafa açılan yeni yol
10.04.2024 [10:40]
Suqovuşan-Kəlbəcər avtomobil magistralı...
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb. Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək 2 hərəkətli yol zolağında torpaq işləri həyata keçirilməkdədir. Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılmaqdadır. Yolboyu 6 körpünün, bir sıra yerdə isə istinad divarının inşası da nəzərdə tutulub.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
Yol infrastrukturu istənilən bölgədə inkişafın əsas atributlarından biridir, yol və digər kommunikasiyaların qurulması bölgədə sahibkarların fəaliyyyəti, biznesin yeni layihələr icra etməsi, xarici və yerli sərmayə qoyuluşları, milli istehsalın artması və ixracın diversifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Suqovuşan zəngin iqtisadi potensiala və xammal ehtiyatlarına malik bölgədir, burada balıqçılıq, kənd təsərrüfatı, turizm üçün münbit şərait mövcuddur. Bu ərazidə ölkənin su təminatı üçün zəngin resurslar cəmləşib, Suqovuşan su anbarı Qarabağın və ətraf rayonların kənd təsərrüfatında həyati əhəmiyyət kəsb edən suvarma təchizatının əsas mənbələrindən biridir. Hələ ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ölkəmzin suvarmaya olan ehtiyaclarının ödənilməsində mühüm əhəmiyyət kəsb edib.
Bu qəsəbə uzun illər erməni işğalı altında olan zamanı qondarma rejimin rəhbərliyi ilə birlikdə bölgəyə gələn xarici şirkətlərin qanunsuz istismarına məruz qalıb, qeyri-qanuni balıqçılıq təsərrüfatları, turizm obyektləri yaradılıb və əldə edilən gəlirlər xaricə daşınıb, bir hissəsi isə erməni separatçılarına xərclənib. 2020-ci ildə düşməndən azad edildikdən sonra qəsəbənin infrastruktur təminatları yenidən bərpa olunub, Suqovuşan su anbarı bölgənin ehtiyaclarına səfərbər edilib. Anbardan Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Bölgədə yay turizmi üçün hədsiz dərəcədə əlverişli coğrafi imkanlar mövcuddur. Ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışı olub. Parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
Sözsüz ki, həm aqrar təsərrüfatların, həm də turizm infrastrukturlarının yaradılması və inkişafında ən birinci təminatlardan biri yol təsərrüfatının qurulmasıdır. Hazırda Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri davam etdirilir.
Ötən il Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub və burada idman turizmi üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısından sonra bu bölgədə beynəlxalq idman yarışlarının keçirilməsi qərara alınıb. Bütün bu imkanlar yaxın illərdə Suqovuşanın Qarabağ bölgəsinin və Azərbaycanın ən cəlbedici turizm zonalarından birinə çevriləcəyini əsaslandırır. Bura yerli turistlərlə yanaşı, xarici turistlərin böyük axını gözlənilir.
Bu yol şəbəkəsi, həmçinin, Kəlbəcəri Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları və digər rayonlarla birləşdirəcək, bölgədə genişşəbəkəli nəqliyyat sistemlərinin qurulmasını təmin edəcək, Kəlbəcərə səyahət edən turistlərin Suqovuşana getməsində də əhəmiyyətli rol oynayacaq.
Bu qəsəbə həm də “yaşıl enerji” mənbələri üçün də zəngin resurs zonasıdır. Azad edildikdən sonra qəsəbədə bərpaolunan enerji növlərinin hərəkətə gətirilməsi üçün zəruri işlərə başlanılıb, qısa müddətdə alternativ enerji gücləri işə salınıb. Öt?n il ?ənab Prezidentin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Beləliklə, Suqovuşan-Kəlbəcər yolunun çəklişi bu ərazilərin iqtisadi resurslarının ölkə inteqrasiyasına inteqrasiya olunması ilə bağlı dövlətin strateji hədəfələrinə çatmasına da əhəmiyyətli rol oynamış olacaq, nəticədə bölgədə dayanıqlı iqtisadi inkişaf məhsuldarlığı yüksələcək. Bu qəsəbədə yaradılan aqrar və turizm infrastrukturları, yeni müəssisə və obyektlər, iqtisadi imkanlar insanlarım məşğulluğunu artıracaq, Böyük Qayıdışın əsas prioritetlərindən biri olan layiqli həyatın və sosial rifahın təmin olunmasına mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

