COP-29 beynəlxalq enerji koalisiyasını daha sıx birləşdirəcək
24.05.2024 [10:10]
Azərbaycan bu strateji məqsəd ətrafında sıx əməkdaşlıq imkanları yaradıb
OPEC-Azərbaycan münasibətlərinin “qızıl era”sı yaşanır...
Haysam əl-Qays qeyd edib ki, Azərbaycan-OPEC əməkdaşlığı etibarlı bir körpü rolunu oynayır, ötən dövrdə kartelin həyata keçirdiyi enerji siyasətinə öz dərin töhfəsini verən Azərbaycan qlobal enerji bazarında öz məsuliyyətini dərk edərək bütün öhdəliklərini layiqincə yerinə yetirib. Azərbaycan hər zaman enerji amilinə yalnız iqtisadi konteksdən yanaşaraq rifah və həmrəylik ruhunda addımlar atıb, ən çətin zamanlarda qlobal enerji təchizatlarının şaxələndirilməsində səylərini əsirgəməyib. OPEC-lə Əməkdaşlıq Bəyannaməsi Xartiyası çərçivəsində davam edən əməkdaşlıq ən yüksək mərhələyə çatıb və hazırda OPEC-Azərbaycan münasibətlərinin “qızıl era”sı yaşanır.
OPEC-in Baş katibi Azərbaycanın etibarlı və sadiq enerji partyoru kimi hazırda qlobal alyansın bütün üzvlərinin hörmətini qazandığını və yeni başlayan “yaşıl hidrogen” proqramlarında fəal iştirakına beynəlxalq dəstəyin artdığını xatırladıb. Bu həmrəylik platformasında Azərbaycana dəstək verən bütün ölkələr kimi OPEC və qeyri-OPEC ölkələri də COP29-a inklüziv yanaşma əsasında maliyyə və sərmayə imkanlarını əsirgəməyəcək.
“Yaşıl enerji” sektorunda sərmayə koalisiyası genişlənir...
OPEC ölkələri Azərbaycanın “yaşıl enerji” imkanlarını da yüksək qiymətləndirir və Azərbaycan hökumətinin “yaşıl enerji”yə keçid strategiyasını təqdir edərək ortamüddtəli dövrdə hidroenerji ixracında Avropanın ən etibarlı tərəfdaşlarından biri olacağını proqnozlaşdırır. Təşkilat rəhbəri ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və bu sahənin inkişaf etdirilməsində xarici sərmayəçiləri təşviq etmək, Yaxın Şərq və Ərəb körfəzi ölkələrinin bərpa olunan enerji üzrə nüfuzlu şirkətlərini Azərbaycana cəlb etməkdə əlaqələndirici rol oynamaq niyyətini bildirib. Yeri gəlmişkən, körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda böyük sərmayə layihəsinin əsası qoyulub və hər iki şirkət külək və günəş enerjisi stansiyalarının tikintisini davam etdirir. Bu çevrəyə daxil olmuş digər investorlar - “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlıq başlanıb.
OPEC-lə yanaşı, dünyanın digər böyük donor institutları, o cümlədən Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) da COP29 və “yaşıl hidrogen” istehsalında Azərbaycana öz maliyyə dəstəyini göstərəcəyini bəyan edib. DB Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri, “yaşıl hidrogen” və sahələrə investisiyalara açıq olduğunu bəyan edib. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB isə 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb. Həmin maliyyə institutları qlobal “yaşıl enerji” koridoru olan “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında maliyyə təchizatçı olmaq niyyətini ifadə edib.
Azad olunmuş ərazilər “yaşıl hidrogen”in güc mənbəyidir...
Bütün bunlar Azərbaycana beynəlxalq enerji koalisiyasının dərin etimadının göstəricisidir. Bu təşkilatların ölkəmizlə bağlı proqnozları da ümidvericidir. Hesablamalara görə, Azərbaycanın quruda və dənizdə “yaşıl enerji” potensialı 2027-ci ilədək birinci mərhələdə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələdə isə 8 QVt-dan çox olacaq ki, bu da bərpa olunan enerji potensialının yaxın 7 ildə 4 dəfədən çox artımı deməkdir.
“Yaşıl enerji”nin yeni ünvanı olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası isə daha nikbin perspektiv vəd edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında yaşıl enerjinin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə resursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Artıq Azərbaycan hökuməti ilə BP şirkəti arasında əldə edilmiş razılığa əsasən, Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işləri görülür və iyul ayında “Şəfəq” layihəsi üzrə günəş elektrik stansiyasının tikinti işlərinə başlanacaq. Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır.
Beləliklə, bütün resursların bir araya gətirilməsi yaxın 5-6 ildə Azərbaycanın bərpa olunan enerji potensialını 3 dəfədən də çox artıracağına dərin zəmin yaradır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ötən il açıqladığı “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair hesabatda Azərbaycanın yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli ölkə olması olması, eləcə də regional enerji bazarlarına ixracda və regionda yeni yaradılan çoxşaxəli ixrac marşrutlarında strateji mövqeyə və yerə malik olması öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırılması proqnozlaşdırılır.
Beləliklə, Azərbaycan beynəlxalq enerji koalisiyasının üzərinə cəmləşən diqqətini nəzərə alaraq üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmək üçün yaşıl hidrogenlə bağlı strateji səylərini daha da artırmaqda qərarlıdır. Hədəf çərçivəsinə əsasən, 2030-cu ilə qədər Azərbaycanın ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib ki, bu da ümumdünya göstəricilərinə tam uyğundur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

