4 ölkənin yaratdığı “yaşıl körpü”...
31.05.2024 [10:35]
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulan ölkələrin sayı artır
Elbrus
Azərbaycanın təşəbbüskarlığı ilə geniş coğrafi hüdud alan “yaşıl enerji” ailəsinə qoşulan ölkələrin sayı daha da artmaqdadır. 2024-cü ilin əvvəllərindən başlayaraq Asiya və Avropa ölkələrinin birləşdiyi müasir enerji koalisiyasının üzvləri arasında qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması da bunu təsdiq edir. Ötən gün Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji əməkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandumun imzalanması isə artıq “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması səylərinin təzahürü hesab edilə bilər. Qeyd edək ki, memorandum Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında imzalanıb və əsas hədəf “yaşıl enerji dəhlizi” layihəsinin reallaşdırılmasıdır.
Enerji dəhlizi Xəzərin “yaşıl enerji” potensialının səfərbər olunmasını nə “yaşıl resurslar”ın geniş coğrafiyada təchizatının şaxələndirilməsinə, təmiz enerji keçidinə nail olmağa hesablanıb. Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Yaşıl enerji dəhlizi”nin (“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”) yaradıcısı 4 ölkə - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan olsa da, əslində, bu tranzit qovşağı daha böyük coğrafiyanı nəzərdə tutacaq və regional enerji potensialının möhkəmləndirilməsinə xidmət edəcək. Bunu Avropa İttifaqının Enerji komissarlığı da bəyan edib. Komissarlığın bəyanatında qeyd edilir ki, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl enerji dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan layihənin Cənubi Qafqaz-Avropa platformasından çıxaraq digər regionları da qovuşduracağı istisna deyil.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulmaq istəyən ölkələrin sayı hədsiz dərəcədə çoxdur.
Bolqarıstan hökuməti də Qara dəniz kabelinə qoşulmaq və enerji ixracında tənzimləyici və idarəedici rol oynayacaq birgə müəssisədə iştirak niyyətini bəyan edib. Bolqarıstan “Qara dəniz kabeli”nə qoşulmaqla Azərbaycanın külək və Günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin əldə edilməsinə nail ola bilər, eyni zamanda, Avropaya nəqlində tranzit ölkəyə çevrilir.
“Yaşıl dəhliz”in digər iştirakçıları kimi Türkmənistan, Qazaxıstan və Özbəkistanın da maraqları böyükdür. Hər 3 ölkə imkanlarını təqdim edərək bu dəhlizdə yer almaq niyyətlərini ifadə edib. Yeri gəlmişkən, bu ayın əvvəlində, mayın 1-də Daşkənddə keçirilən görüşdə Qazaxıstan, Özbəkistan və Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılmasına dair memorandum imzalayıb ki, bu sənəd də Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da Günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, Günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində Günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın “yaşıl körpü”yə çevrilməsi istiqamətində səylər getdikcə artmaqdadır.
Burada diqqət çəkən ən əsas məqamlardan biri aparıcı ölkə olan Azərbaycanın iradəsinin daha çox rol oynaması ilə bağlıdır. Aİ bölgədə bu cür strateji qərarların qəbul olunmasında, sənədlərin imzalanmasında açar ölkə kimi rəsmi Bakı ilə masaya oturur. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında Anlaşma Memorandumunun imzalanması da bir daha “yaşıl güclər”in şaxələndirilməsində ölkəmizlə məsləhətləşildiyini təsdiq edir. Bütün bunlar isə birmənalı olaraq Aİ dövlətlərinin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında müttəfiqliyini möhkəmləndirir.
Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən Yaşıl Enerji Şurasının iclasında Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Beləliklə, Azərbaycanın 2 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan ölkələrin sırasını genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

