Dünya Bankının yeni sərmayə gündəliyi
18.09.2024 [09:42]
Azərbaycanın bərpa olunan enerji sektoruna daha çox maliyyə ayrılacaq
Dünya Bankının (DB) Azərbaycan hökuməti ilə qarşıdakı dövr üzrə əməkdaşlığının əsas prioritetləri iqlim dəyişikliklərinə qarşı mübarizəyə dəstək verilməsi, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” quruculuğu sahəsində layihələrin maliyyələşdirilməsinə əsaslanır. Bank ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə su və kənd təsərrüfatı sektorlarında planlaşdırılan proqramlara sərmayə yatırmağı istisna etmir. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı inkişaf üzrə regional direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşündə bu məsələlərə toxunulub. Həmçinin DB-nin regional direktorunun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə də bankla potensial əməkdaşlıq sahələri, o cümlədən bərpa olunan enerji layihələrinin dəstəklənməsi çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
“Yaşıl və dayanıqlı şəhərlər”in yaradılmasına dəstək...
Dünya Bankı “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə “yaşıl və ağıllı tikinti” texnologiyalarının tətbiqini zəruri hesab edir ki, məqsəd tikinri sənayesinin ətraf mühitə təsirlərinin azaldılmasıdır. Eləcə də Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpasında yeni texnologiyalara geniş yer verilməsi təklif olunur ki, bu da ekoloji tarazlığın qorunmasına xidmət edir. Ümumilikdə, DB-nin gündəliyində əsas istiqamətlər “yaşıl iqtisadiyyat” quruculuğunu təşviq edən layihələrin maliyyələşdirilməsindən ibarətdir. Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Bu çərçivəyə əsasən, COP29 ilində yaşıl sektorlara sərmayə qoyuluşlarının təmin edilməsi nəzərdə tutulur.
DB ilə razılaşmya əsasən, Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyalar yatırılacaq. Bank 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinə də sərmayə yatırılması istisna edilmir. DB-nin əsas strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) isə “yaşıl” şəhərlərin yaradılması və “yaşıl texnologiyaların” tətbiqində öz maliyyə dəstə?ini verməyə hazır olduğunu bəyan edib.
8 ayda “yaşıl enerji” istehsalında rekord nəticə əldə edilib
“Yaşıl enerji” sektoruna xarici sərmayədarların marağının artmasını motivasiya edən əsas amillərdən biri Azərbaycanda bərpa olunan enerji mənbələrinin səmərəliliyi və dövlətin ənənəvi enerjidən yeni enerjiyə keçid siyasətinə xüsusi önəm verməsidir. Həmçinin qısa dövr ərzində ölkəmizdə bərpa olunan enerji istehsalında davamlı artımların qeydə alınması, külək və günəş enerjisi üzrə hasilatın kəskin yüksəlişi xarici investorların və donorların marağını artırır. Bunu son bir ildə enerji istehsalı portfelində də görmək mümkündür. Ötən il Azərbaycanda “yaşıl enerji” istesalının artımı 15 faizə yaxın olmaqla region ölkələrindəki orta göstəricini 2 dəfə üstələyib.
Bu müsbət tendensiya 2024-cü ilin ötən aylarında da davam edib və cari ilin yanvar-avqust aylarında bərpa olunan enerjinin istehsalında əhəmiyyətli artım qeydə alınıb. Həmin dövr ərzində bütün “yaşıl enerji” növlərində kəskin istehsal baş verib, xüsusilə də günəş enerjisi istehsalında rekord göstərici əldə edilib, istehsal 9 dəfə artaraq 424.5 milyon kVt.stı ötüb. Ümumilikdə, 8 ay ərzində elektrik enerjisi istehsalı cəmi 16,4 milyard kVt·st təşkil edib ki, onun 2,8 milyard kVt.stı “yaşıl enerji” mənbələrinin payına düşüb. Qeyd edilən dövrdə Azərbaycanda “yaşıl enerji” istehsalı 1,5 milyard kVt.st yüksəlib ki, bu da son bir ildə 80 faizdən çox müsbət artım dinamikası deməkdir. Beləliklə, “yaşıl enerji”nin payı ümumi enerji balansında 18,5 faizə çatıb. Əvvəllər ölkə üzrə enerji istehsalında bərpa olunan enerji mənbələrinin payı 8-10 faiz idisə, hazırda bu göstərici 20 faizə yaxınlaşmaqdadır və mövcud statistika “yaşıl güclərin” ümumi enerji istehsalında payının ilin sonunda daha da artacağını şərtləndirir.
Azad ərazilərdəki SES-lər enerji gücünü artırmaqdadır
Bərpa olunan enerjinin 2,1 milyard kVt.stı hidroenerji istehsalının payına düşür ki, bu da su elektrik stansiyalarının (SES) gücünün artması ilə bağlıdır. Son bir ildə azad edilmiş ərazilərdə SES-lərin istifadəyə verilməsi “yaşıl enerji” istehsalında artımlara xüsusi töhfə verməkdədir. Laçın və Kəlbəcərdə, hidroenerji ehtiyatlarının səfərbər olunması, indiyədək Tərtərçay, Həkəri çayı və bu çayların qollarında 10 ədəd SES-in inşa edilərək istifadəyə verilməsi hidroenerji gücünün artmasında əsaslı rol oynayıb. Hazırda bu bölgədə hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir və 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Mövcud göstəricilər yaxın 5 il ərzində “yaşıl enerji” gücünün ümumi enerji istehsalında payının 25 faizi ötəcəyini əsaslandırır, eyni zamanda, hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin payın 30 faizə çatdırmaq planlarının vaxtından əvvəl yerinə yetiriləcəyinə işarə edir. Hazırkı istehsal göstəriciləri ona dəlalət edir ki, Azərbaycan mövcud 2,8 milyard kVt.st həcmindəki “yaşıl enerji”nin istehsalını 5-6 il ərzində 2 dəfə artıra biləcək. Nəticədə bərpa olunan enerji istehsalının həcmi 5-5,5 milyard Kvt-st-a çatmaqla cəmi enerji hasilatının təxminən 35 faizini təşkil edəcək. Yəni 2030-cu il hədəfinə həm daha tez çatmaq, həm də daha böyükhəcmdə “yaşıl enerji” istehsal etmək mümkün olacaq.
Naxçıvan “yaşıl ixrac” zəncirinə qoşulacaq...
Yeri gəlmişkən, Azərbaycanda “yaşıl enerji” istehsalında Naxçıvandakı güclərin də payının kəskin artımı müşahidə edilir. Cari ilin yanvar-avqust aylarında Muxtar Respublikada istehsal olunan ümumi elektrik enerjisinin 55 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Yəni bu bölgədə enerji istehsalının yarıdan çoxu “yaşıl enerji” mənbələridir. Həmin mənbələrin 42 faizi isə SES-lərin payına düşür. Naxçıvanda ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsalı 20 faiz artıb. Bu, onu göstərir ki, Muxtar Respublika yaxın illərdə Azərbaycanın “yaşıl enerji” zəncirində mühüm yer tutmaqla ixracın da əsas şaxələrindən birinə çevriləcək. Azərbaycan və Türkiyə hökumətləri bu bölgədəki bərpa olunan enerjinin ixrac imkanlarını nəzərdən keçirir, bu məqsədlə Naxçıvanda Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı xüsusi konsepsiya hazırlanır, eləcə də xarici şirkətlərin Günəş elektrik stansiyalarına (GES) cəlb edilməsi istiqamətində aparılan danışıqlara əsasən, “TotalEnergies” və “Nobel Energy” şirkətləri ümumi gücü 650 MVt, “Masdar” şirkəti 150 MVt, “Notus” şirkəti isə 70 MVt gücündə GES-lərin tikintisini maliyyələşdirəcək. Yaxın illərdə Naxçıvanda GES-lərin istehsalı ən azı 1 MVt olacaq ki, onun da böyük hissəsinin Türkiyəyə və Avropaya ixracı planlaşdırılır. Nəticədə Naxçıvan “Mərkəzi Asiya -Xəzər-Qara dəniz-Avropa” dəhlizinə qoşulmaqla bölgədə enerji xəttinin şaxələndirilməsində mümkün regionlardan biri olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

