Minimum əmək haqqı yüksəlib, müavinət və təqaüdlər artırılıb...
11.03.2025 [10:52]
Məlum olduğu kimi 2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilib. Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqlarının artımı təmin edilib. Minimum aylıq əməkhaqqının məbləği 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Bu artımlar sayəsində dövlət və özəl sektorda çalışan insanların maaşlarının ən aşağı məbləği 400 manat təşkil etməkdədir.
Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əmək haqlarında artımlarını təmin etməkdədir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqında artımlar qeydə alınmaqdadır.
Peşə hazırlığı ilə bağlı təqaüdlər 14 faiz artırılıb
Ölkə üzrə ən əhatəli artımlardan biri olan əmək pensiyalarının indeksasiyası da tam təmin edilib və indeksləşdirmə bütün növ əmək pensiyaçılarına şamil olunub. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Ona görə də, növündən asılı olmayaraq bütün əmək pensiyaçılarının pensiya məbləğində indeksasiyalar üzrə artımlar hesablanaraq ötən aydan ödənişi təmin edilib. Həmin pensiyaçıların təqaüdləri 8,4 faiz artıb.
Ötən aydan qüvvəyə minən minimum pensiya məbləğinin artımları da artıq təmin olunub və həmin pensiyaçılar 320 manat məbləğində təqaüdlərini əldə ediblər. Eləcə də ünvanlı dövlət sosial yardımı ilə bağlı artımlar da yanvardan hesablanmaqla hazırda bu vəsaiti alan ailələrə artımlarla birgə ödənilməkdədir.
Minimum əmək haqqı artımından sonra bir sıra təqaüdlərdə də artımlar öz həllini tapıb. “Məşğulluq haqqında” qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 345 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb. Əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 172.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb. Yaxın günlərdə digər təqaüdlərdə də artımlar təmin ediləcək.
Sosial paket çərçivəsində nəzərdə tutulan bir sıra müavinətlərdə də artım reallaşmaqdadır. Həmin artımların da artmasına əsas hüquqi-iqtisadi təminat verən amil minimum əmək haqqı məbləğinin dəyişməsidir. Çünki ölkəmizdə bəzi sosial müavinətlərin məbləği minimum əmək haqqı ilə birbaşa bağlıdır və minimum əmək haqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə olunur. Onlardan biri cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilən müavinətlərdir. Həmin müavinətin məbləği minimum əmək haqqının 4 misli həcmindədir. Bu o deməkdir ki, həmin müavinətin məbləği də artıq 1380 manatdan 1600 manatadək yüksəlir.
Sosial paket üzrə bütün artımlar da təmin ediləcək
Həmçinin, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənilən aylıq müavinətlərin məbləği də artırılıb. Belə ki, peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində ödənilir. Məsələn, peşə əmək qabiliyyətini itirmə faizi 80 faizdirsə o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb.
Belə hallarda dünyasını dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb.
Artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət 840 manatdan 960 manata yüksəldilib.
Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərin artımları isə yaxın günlərdə öz həllini tapacaq. Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə verilmiş tapşırığa əsasən, bu istiqamətdə təkliflərin hazırlanması yekunlaşmaqdadır. Həmin sosial təkliflər toplusu ilə bağlı mart ayının sonlarında yekun qərar verildikdən sonra mövcud olacaq hüquqi mexanizmə əsasən, sosial paket üzrə bütün artımlar da təmin ediləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17

