Orta Dəhlizə böyük investisiyalar cəlb edilir
08.04.2025 [09:36]
Beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevrilən Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri şəbəkəsini daha da genişləndirmək və “Bir kəmər, bir yol” layihəsinin coğrafi hüdudlarına əlavə nəqliyyat xətləri cəlb etmək təşəbbüsü ilə çıxış etməkdədir. Yeni geoiqtisadi proseslər fonunda meydana çıxan və heç vaxt olmadığı qədər indi reallığa çevrilmək ehtiyacı artan Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) yaradılmasında respublikamızın səyləri bunu deməyə əsas verir. Son 2 ildə regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynayan Azərbaycan Xəzər regionunu beynəlxalq haba çevirmək üçün TransXəzər nəqliyyat xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə masaya qoyub.
Ötən həftə Sloveniyanın dövlət başçısının Qazaxıstana səfəri zamanı Orta Dəhlizə qoşulmaq niyyətini ifadə etməsi bu dəhlizə marağın durmadan artdığını göstərir.
Avropa Bankı investor ola bilər
Ötən həftə Səmərqənddə keçirilən sammitdə isə Avropa İttifaqı və Mərkəzi Asiyanın beş dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. Sammit iştirakçıları ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Orta Dəhlizə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılığa gəliblər. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yerli ofisinin yaradılması isə bu maliyyə qurumunun nəhəng nəqliyat arteriyasına sərmayə qoymaq planlarından xəbər verir.
Yeni siyasi-geoiqtisadi mürəkkəb konfiqurasiyalar mühitində Orta Asiya-Xəzər-Avropa əməkdaşlıq formatının daha da möhkəmlənməsinin təmin edilməsində fürsətləri artırır. Bu bölgə Şərqdən Qərbə doğru istiqamətlənən qlobal trans-nəqliyyat və enerji, logistika qovşaqlarının kəsişdiyi ən strateji coğrafiyalardan biridir. Çindən Xəzər dənizi regionu, Türkiyə-Qara dəniz və Avropa marşrutlarının ən mühüm həlqələri bu coğrafiyalardan keçir. Ona görə də bu bölgədəki bütün tətəfdaşlar öz nəqliyyat infrastrukturlarını Orta Dəhlizə inteqrasiya edərək davamlı sərmayələr qoymaqdadır.
Türk dövlətlərinin investisiya planları
Orta Dəhlizə sərmayə qoyuluşlarında əsas maraqlı tərəflərdən biri türk dövlətləridir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi bu kommunikasiyanın əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyalarını cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb. Bütün bunlar ən azı 4 milyard dollar həcmində investisiya qoyuluşları hesabına başa gələcək.
2025-ci il üçün sərfəli tarif dərəcələri müəyyənləşir
Güzəştli tarif dərəcələri
Orta Dəhliz ailəsinin 2025-ci ildə planlaşdırdığı hədəflərdən biri də tarif dərəcələrinə düzəlişlərdir. Tərəflər hazırda nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini nəzərdə keçirir. Həmin mexanizmlər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarında əməliyyatlar və gömrük prosedurlarının asanlaşdırılmasını, sərfəli tariflərin tətbiqini nəzərdə tutur. Ötən ilin sonlarında Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək güzəştli tarif dəhlizinin yaradılmasına razılıqlarını bəyan ediblər.
Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

