Azərbaycan-Səudiyyə Ərəbistanı: İqtisadi əməkdaşlığın yeni gündəliyi
02.05.2025 [09:26]
Müştərək Komissiyanın 8-ci iclasında iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi razılaşdırılıb
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib. Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi və digər sahələrdə imkanları dəyərləndirib.
Müştərək Komissiyanın tədbiri çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası da keçirilib ki, hər iki tərəfdən rəsmi şəxslər və iş adamları, o cümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət, memarlıq və dizayn, logistika, turizm, bərpa olunan enerji kimi sektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznes assosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib. Hər iki ölkənin işgüzar dairələri arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər barədə geniş müzakirələr aparılıb.
Neftdən qeyri-neft sektoruna doğru...
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dərin hörmət və sıx dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək bütün sahələrdə irəliləməkdədir. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.
Bir neçə ilə qədər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub.
Səudiyyə Ərəbistanının 2 şirkəti “Əsrin müqaviləsi”ndə və Bakı-Ceyhan layihəsində iştirakçıdır. Bundan başqa, Səudiyyə Ərəbistanının “Al-Gahtani Pipe Coatinq Terminal”, “Middle East Fiber Cables Manufacturing” və “Middle East Sibecializet Cables CO (MESC)” şirkətləri enerji sektorlarında təmsil olunur. SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlıq son illərdə genişlənərək hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə səbəb olmaqdadır. Bu prosesdə 2022-ci ildə yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası öncül təşəbbüslərlə çıxış edir. Qurum sahibkarların təşəbbüslərini dəstəkləmək, onlar arasında birbaşa əlaqələrin qurulmasını təşviq etmək, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək etmək, bizneslər arasında mübadiləsini həyata keçirmək missiyası daşıyır.
Azərbaycan Ticarət Evləri açılır
Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini, Səudiyyə şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib. Bu məqsədlə ixrac missiyalarının təşkili, Ər-Riyad və ya Ciddə şəhərində Azərbaycan Ticarət Evlərinin açılması gündəlikdə dayanır.
Səudiyyə iş adamları Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır. Son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 98 min nəfəri ötüb. Bu, səyahət edən turistlərin sayında sədiyyəlilərin dinamikasında daha çox artımın olduğunu təsdiqləyir.
“ACWA Power”in 5 milyard dollarlıq sərmayə planı
Tərəflər arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq da dayanıqlı zəmin üzərində möhkəmlənir. Səudiyyənin “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin, “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyir. “Acwa Power” şirkətinin regional direktoru Abid Malik bildirib ki, investisiya əsasən Azərbaycanın bərpaolunan enerji sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırılacaq.
Səudiyyəli investorların işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərində təmsil olunması da istisna edilmir. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb, Səudiyyə İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrılacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu imzalanıb və tərəflər yeni iqtisadi prioritetləri müəyyənləşdirərək niyyətlərini bəyan edib. Əsas hədəflər birgə sərmayə planların dəyərləndirmək və iqtisadi-ticari mübadiləni genişləndirməkdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

