Vətəndaşın seçimi əsasında...
09.05.2025 [10:04]
Pensiya və maaşları istənilən bank kartı ilə əldə etmək mümkün olacaq
Mərkəzi Bank (MB) ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrasını davam etdirir. Bank sektorunun inkişafı sahəsində həyata keçirilən islahatlara və müasir çağırşlara uyğun olaraq bank sektorunun institusional mühitinin daha da yaxşılaşdırılması, ödəniş xidmətləri və ödəniş sistemlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bazarda rəqabət potensiallarını artıracaq alətlərin tətbiqi nəzərdə tutulur. Həmin alətlərdən biri təqaüdçülərə və dövlət büdcəsindən əməkhaqqı alan şəxslərə sərbəst bank seçimi imkanının yaradılmasıdır. MB-dən bildirilib ki, bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birlikdə məsləhətləşmələr davam etdirilir.
Kommersiya bankları üçün fürsət
Yeni model sosial və əməkhaqqı ödənişlərinin digər banklarla ödənişinin təmin edilməsi və ödəniş sisteminin şaxələndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, pensiya və təqaüdçülərə, müavinət alanlara, eləcə də dövlət büdcəsindən əməkhaqqı alan şəxslərə xidmət göstərən bankı müstəqil seçmək imkanı yaradılacaq. Vətəndaşın seçimindən asılı olaraq ona yaşadığı və işlədiyi ərazidəki bank institutunun bank xidmət kartlarını əldə etməsi təmin olunacaq. Yeni model ölkədə ödəniş xidmətləri arxitekturasının möhkəmlənməsi, bank bazarının xidmət sektorunun genişlənməsi, ələlxüsus da bölgələrdə fəaliyyət göstərən bank filiallarının daha çox müştəri bazası toplaması və göstərdiyi xidmətlərdən gəlir əldə etməsinə səbəb olacaq. Ümumilikdə, bu model kommersiya banklarının likdvidliyinin möhkəmlənməsində təsiredici amillərdən biri olacaq.
Bankların məsuliyyəti və əlçatanlığın təmin olunması
Qeyd edək ki, hazırda ölkəmizdə bank əlçatanlığını təmin etmək məqsədilə əhatəli milli ödəniş sistemi infrastrukturu, o cümlədən Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) qurulub. Həmin ödəniş arxitekturası vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi dövriyyəsi son illərdə bir neçə dəfə artıb, ötən il dövriyyə 700 milyard manatı ötüb. Qeyri-ödəniş kanalları ilə aparılan əməliyyatlar isə rəqəmsal bank ekosisteminin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda, bankların iqtisadiyyatda iştirakçılıq əmsalı yüksəlib, kreditvermə potensialı böyüyüb. Ötən il bankların biznes krediti portfeli illik müqayisədə təxminən 20 faiz artaraq 21 milyard manata çatıb.
Eyni zamanda ani ödənişlərin çəkisi artmaqdadır. Milli Ödəniş Sistemi (MÖS) əməliyyatlarında bu sektorun çəkisi cari il üçün 15 faiz, 2026-cı il üzrə isə 25 faiz artımla fərz edilir. Kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin isə cari ildə 65 faizə, gələn il üzrə isə 70 faizə yüksələcəyi gözlənilir. Cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin bu il 86 faizə, gələn il isə 90 faizə çatacağı proqnozlaşdırılır.
Hazırda icra olunan yeni sənəd - “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri əhatə edir. Sənədə uyğun olaraq, məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.
Rəqəmsal ödəniş sektorunun inkişafı
Strateji hədəflərdən biri rəqəmsal ödəniş sektorunun qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsidir ki, bu layihə üzrə lokal ödəniş kartlarının emissiyası gücləndiriləcək. Bu çərçivəyə əsasən, daha əlverişli tarif siyasətinin tətbiqi nəzərdə tutulur. Yerli və xarici ödəniş sistemi operatorlarına mövcud tarif siyasətini təhlil etmək və sui-istifadə hallarını aradan qaldırmaq tapşırığı verilib. Nəticədə ödəniş kartlarının emissiyası bank və kart bazarında rəqabəti daha da təşviq etməklə, xidmət haqlarının effektiv formada tənzimlənməsinə yeni imkan verəcək.
Kapital bazarları üzrə əsas strateji hədəflər isə bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, dayanıqlığın təmin edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılmasından ibarətdir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-də payının cari 10 faizdən 14 faizə yüksəldilməsi, əhalinin kapital bazarlarında investisiya həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması, həmçinin effektiv nəzarət çərçivəsinin formalaşdırılması da strategiyada nəzərdə tutulur.
Ümumilikdə, ödəniş sektorunda əlçatanlığın artırılmasına xidmət edən islahatlar bank sektorunun bazar potensialının artmasını və dayanıqlı maliyyə ekosisteminin möhkəmlənməsini təmin edəcək. Nəticədə, bu islahatlar bank bazarına olan etimadı gücləndirəcək, yüksək inkişaf potensialı olan ölkəmizin kapital bazarlarının maliyyə sistemində rolunu artıracaq və iqtisadi inkişafa töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

