“Yaşıl enerji” diplomatiyasının növbəti uğuru
14.05.2025 [09:58]
Azərbaycan ikinci Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
Cari il sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda yeni Bakı İqlim Fəaliyyəti Həftəsi keçiriləcək. İqlim Həftəsinin proqramına enerji keçidi, davamlı kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, şəhərlər və tikinti mühiti, elm, texnologiya və innovasiya, davamlı iqtisadi inkişaf, KOB və “yaşıl bacarıqlar”, gənclər və yeni nəsil startaplar, iqlimə uyğunlaşma və dayanıqlılıq kimi əsas mövzular daxildir. Həftə çərçivəsində beynəlxalq konfrans, seminarlar, dəyirmi masalar və mədəni tədbirlər keçiriləcək. Tədbirdə iqlim sahəsində çalışan mütəxəssislər, dövlət qurumları, investorlar və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.
İqlim dialoqunun yeni səhifəsi
Qeyd edək ki, ilk Bakı İqlim Fəaliyyəti Həftəsi ötən il sentyabrın 30-dan oktyabrın 4-dək keçirilib. Dünyanın müxtəlif ölkələrindən 700 nəfərdən çox insanın, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçilərin, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərinin bir araya gəldiyi tədbirdə qlobal ekoloji problemlərin həlli ilə bağlı faydalı müzakirələr aparılıb.
Bakı İqlim Fəaliyyəti Həftəsi ötən il Bakıda keçirilən COP29 hədəflərinə uyğun olaraq COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində müəyyən edilmiş prioritetlərin icrasında mühüm rol oynayıb. Tədbir ədalətli və “yaşıl” keçid prosesini asanlaşdırmaq üçün inklüziv iştirak və innovativ həllərin zəruriliyini vurğulamaqla yanaşı, Azərbaycan cəmiyyətində kompleks səfərbərlik səyləri çərçivəsində atılan ilk addım kimi beynəlxalq icma tərəfindən yüksək dəyərləndirilib.
Bakı İqlim Fəaliyyəti Həftəsi həm də ümummilli iqlim dialoqunun başlanğıcı olmaqla, qlobal miqyasda rəsmi qurumları və vətəndaş cəmiyyətini səfərbər etməyə dərin zəmin yaradıb. Ümumilikdə, Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim təqvimində mühüm an kimi tarixə düşüb.
Azərbaycana olan növbəti etimad
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bildirib ki, bu mötəbər tədbirə növbəti dəfə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə nümunəvi fəaliyyəti ilə bağlıdır. Respublikamız uğurlu “yaşıl enerji” diplomatiyasını yürütməklə geniş həmrəylik platforması yaradıb və ötən il COP tarixində ən mühüm sazişlər Azərbaycan paytaxtında imzalandı, uzun illər əldə edilməyən razılaşmalar burada həllini tapıb. COP-un əsas mövzularından biri maliyyələşmə ilə bağlı yekun nəticəyə nail olunun. İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq koalisiyanın əsas hədəflərindən biri olan iqlim maliyyələşdirilməsi məsələsi də COP29 sammitinə ev sahibliyi edən Azərbaycanın qətiyyəti sayəsində mümkünləşib. Həmçinin, Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edilib.
“Yaşıl” keçidlə bağlı yeni fürsətlər
Ötən il keçirilmiş Bakı İqlim Fəaliyyəti Həftəsində irəli sürülmüş təşəbbüsləri davam etdirmək, əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanları artırmaq, Bakı ilə COP30-a ev sahibliyi edəcək Rio-de-Janeyro arasında iqlim sahəsində tərəfdaşlığı genişləndirmək üçün beynəlxalq səviyyədə iqlim dialoqlarının artırılmasına ehtiyac var. Bütün bu və digər amillər, ələlxüsus da birinci İqlim Həftəsində əldə olunmuş nailiyyətlər beynəlxalq ekoloji təsisatların Azərbaycanı növbəti dəfə planetar tədbirdə ev sahibliyi etməsini məqsəduyğun hesab edib. COP ailəsi arasında iqlim hədəfləri ilə bağlı koordinasiyanı gücləndirmək, ekoloji ambisiyaları artırmaq və bu fəaliyyətə təkan vermək konsepsiyasını inkişaf etdirmək baxımından ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi ötənlki ideyaların irəliyə doğru aparılmasında növbəti addım olacaq. Həmçinin COP30 tədbiri ərəfəsində beynəlxalq ictimai rəyin və ekoloji alyansın liderlərinin iştirakı ilə yerli maraqlı tərəfləri ruhlandırmaq və səfərbər etməkdə mühüm rol oynayacaq.
Toplantı yerli və regional kontekstlərə əsaslanan “yaşıl” keçidlə bağlı müzakirələrin təşviqi üçün yeni fürsətlər və imkanlar baxımından da əlverişli konsept hesab oluna bilər.
Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın yeni təşəbbüslərinin dəstəklənməsi baxımından səmərəli platforma kimi yadda qalacaq. Növbəti Bakı Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək. Azərbaycanın regionda iqlim tədbirlərində lider mövqeyini qoruyacaq və “yaşıl” keçid imkanlarını nümayiş etdirməyə davam edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

