Azərbaycan - Səudiyyə Ərəbistanı: Enerji sektorunda güclü əməkdaşlıq potensialı
11.07.2025 [10:19]
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda geniş İslam coğrafiyasına daxil olan ölkələrlə əlaqələri qarşılıqlı maraqlar əsasında daha da dərinləşdirmək xətti xüsusi yer tutur. İslam dünyası ilə Azərbaycanı bağlayan amillər çoxdur. Burada tarixi bağların, milli-mənəvi dəyərlərin, etiqad birliyinin önəmini xüsusi vurğulaya bilərik. Hazırda nümunəvi inkişaf modelinə malik olan respublikamız dünyada İslam həmrəyliyinin güclənməsinə davamlı töhfələr verir ki, bu da dost ölkələrdə Azərbaycana böyük nüfuz və hörmət qazandırıb.
Azərbaycanın müxtəlif istiqamətlərdə sıx əlaqələr qurduğu İslam ölkələrindən biri də Səudiyyə Ərəbistanıdır. Elə bu günlərdə Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib və bir sıra aktual məsələlər ətrafında səmərəi müzakirələr aparılıb.
İki dost ölkə arasında geniş iqtisadi gündəlik var
Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iki dost ölkə arasında geniş iqtisadi gündəlik formalaşıb. Xüsusilə də kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Ticarət sahəsindəki əlaqələr daha sürətlə genişlənir. Eyni zamanda, bu ölkə Qarabağda bərpa-quruculuq, minatəmizləmə işlərinə öz töhfəsini verir.
Cari ilin aprel ayında ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclası keçirilib. Bu iclasın nəticələrinin reallaşdırılmasından gözləntilər böyükdür. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb. Böyük həcmlərdə investisiya qoyuluşu ikitərəfli iqtisadi əlaqələrə daha güclü təkan verə bilər. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə bir sıra müqavilələr imzalanıb. Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlər təqdim olunur.
Eyni zamanda, “Saudi Vision 2030” hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir. Azərbaycanın tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar “Saudi Vision 2030” hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər.
Son vaxtlarda turizm sektoru ikitərəfli iqtisadi əlaqələrin daha dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilib. 2024-cü ildə Azərbaycana 100 mindən çox səudiyyəli turistin gəlməsi məmnunluq doğurur. Bu rəqəm 2023-cü illə müqayisədə 31 faizdən çox artım deməkdir. Bu dinamika Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici destinasiyaya çevrildiyini və turizm strategiyalarının uğurlu nəticə verdiyini göstərir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərinin mövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbət təsir göstərir.
Əməkdaşlığın prioritet istiqaməti - səmərəli enerji dialoqu
Səmərəli enerji dialoqu dost ölkələr olan Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Yuxarıda bəhs olunan görüşdə nazir Pərviz Şahbazovun şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşündə OPEC+ formatı, eləcə də ikitərəfli formatda enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.
Söhbət zamanı yaşıl enerji tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 qiqavat gücündə külək enerjisi və digər bərpaolunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.
İki ölkə arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın böyük perspektivləri var. Ötən ilin noyabr ayında respublikamızın uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb. İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur. Bəhs olunan layihələr iki dost ölkə arasında enerji əməkdaşlığının perspektivləri üçün geniş imkanlar açır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

