On bir su elektrik stansiyası...
27.08.2025 [12:06]
Kəlbəcər “yaşıl enerji”nin cəlbedici bölgəsinə çevrilir
Məlum olduğu kimi Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər rayonuna səfəri çərçivəsində Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının (KSES) açılışlarını edib. 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” elektrik stansiyalarını su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən suyu aşağı axarda yenidən çaya qaytarır.
“Yaşıl enerji”nin sayına görə, lider bölgə
Müasir avadanlıqlarla təchiz edilmiş “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” KSES-lər ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin ediləcək. “Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Eləcə də, gücü 5 MVt olan “Çaykənd” KSES Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz “yaşıl enerji” ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3,2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur.
Beləliklə, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən su elektrik stansiyalarının sayı 11-ə çatdı və Kəlbəcər “yaşıl enerji” obyektlərinin sayına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında lider bölgədən birinə çevrilir.
Son 3 ildə nəhəng enerji quruculuğu
Kəlbəcər işğaldan azad edilmiş rayonlar içərisində zəngin hidrogen resurslarına malikdir, rayonda bərpaolunan enerji mənbələrinin istehsalı istiqamətində dayanmadan fasiləsiz layihələr icra olunmaqdadır. Hidroenerji ekoloji cəhətdən təmiz enerji mənbəyi olmaqla, dünyada ən geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir. Bu, bərpaolunan enerji mənbəyi davamlı olaraq dövriyyədə olan su axını sayəsində daim istehsalın dövriliyini təmin edir. Hidrogen enerji mənbələri içərisində dünyada ən böyük istehsal gücünə malik stansiyalar su elektrik stansiyalarıdır.
Ötən dövr ərzində
“AzərEnerji” Kəlbəcərdə bir neçə ünvanda kiçik su elektrik stansiyasını yenidən quraraq istismara verib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” istismara verilib ki, Lev çayı üzərində inşa olunan bu stansiya “yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edir və Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Bundan başqa, 2023-cü ildə istifadəyə verilmiş 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” KSES-ləri də tam rəqəmsallaşmış enerji gücləridir.
Ötən il sentyabrın 2-də Prezident İlham Əliyevin Kəlbəcərdə “Zar” KSES-in açılışını edib, “Toğanalı” KSES hidroenerji sisteminə qoşulub. “Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək hidrogenin istehsal edilir ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.
Beləliklə, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” stansiyalarının açılışı ilə Kəlbəcərdə 11-ə çatan KSES-lər bu rayonun “təmiz enerji” mərkəzi kimi geoiqtisadi gücünü əks etdirir.
Kəlbəcər “yaşıl investisiyalar” üçün zəngin rayondur
Kəlbəcər rayonu termal sularla da kifayət qədər zəngindir. Bölgədə hidroenerji, termal suların, çay sularının mənbələrinə görə, ölkə üzrə rersursların ən azı 30 faizinə malikdir. Eyni zamanda, Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 1000 MVt-dan çox texniki potensialının olduğu proqnozlaşdırılır. Hazırda həmin rayonların ərazisində 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsi reallaşmaqdadır, digər stansiyaların tikintisi üzrə qiymətləndirmələr davam edir. Bu, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi bərpaolunan enerjinin əsas ünvanlarından biri olan Kəlbəcərin strateji əhəmiyyətinin göstəricisi olmaqla bərabər, rayonun “yaşıl investisiyalar” üçün mühüm cəlbedici imkanlarını göstərir.
Qarabağ və Şərqi Zəngəzurda KSES-lərin sayı 38-ə çatıb
Ümumilikdə, Kəlbəcərdə istifadəyə verilən yeni 3 su elektrik stansiyasının işə düşməsindən sonra azad ərazilərdə yaradılan bu cür stansiyaların sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatmış olur. Sistemli şəkildə istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, “yaşıl enerji”nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verəcək. Yeri gəlmişkən, indiyə qədər su elektrik stansiyalarında 1,5 milyard kVts “yaşıl enerji” istehsal olunub ki, onların 22 faizi azad ərazilərin payına düşür. Yaxın illərdə bu bölgədə təkcə KSES-lərin qoyuluş gücünün 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı proqnozlaşdırılır. Bu isə 500 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 750 min ton həcmində karbon dioksid emissiyasının azaldılması deməkdir. Bütün bu göstəricilər bir daha Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası kimi potensialının artdığını təsdiqləyir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

