Qlobal inteqrasiyanı gücləndirən təşəbbüslər
24.09.2025 [10:58]
Beynəlxalq İnvestisiya Forumunda imzalanan sənədlər regionda yeni əməkdaşlığa töhfə verəcək
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal biznes və investor icması üçün maraq doğuran faydalı müzakirələr, səmərəli məsələhətləşmələr və birgə inamın nəticəsi olaraq anlaşmalar şəraitində davam etdirilib. Forum çərçivəsində keçirilən “Artım, sənayeləşmə və dayanıqlı dəyər zəncirləri üçün tərəfdaşlıqlar: Gələcəyə hazır iqtisadiyyatların qurulması” mövzusunda panel sessiyasında beynəlxalq iqtisadiyyat üçün əhəmiyyət kəsb edə biləcək mühüm mesajlar verilib. İnvestisiya və geoiqtisadiyyat üzrə tanınmış ekspert Metyu Stivensonun moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli sənayeləşmənin Azərbaycanın davamlı iqtisadi inkişafında rolu, xarici investisiyaların cəlbi üçün strateji siyasət çərçivələri, xüsusi iqtisadi zonalar və sənaye parklarının imkanları barədə məlumat verib.
Şimal-Cənub və Şərq-Qərb dəhlizləri regional inkişafı artırır
Qeyd edilib ki, Azərbaycanda sənayeləşmə yeni mərhələyə daxil olmaqla ölkə iqtisadiyyatının əsas mühərriklərindən birinə çevrilib. Qeyri-neft sənayesində dinamika isə daha nəzərəçarpacaq şəkildə inkişaf edir. ÜDM-də və ixracda son illərdə qeyri-neft sənayesinin payı yüksəlir. Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı iki dəfə artıb ki, məhsulun əhəmiyyətli hissəsi yeyinti və yüngül sənaye mallarıdır. Əvvəllər qeyri-neft ixracı əsasən kənd təsərrüfatı məhsullarından ibarət idisə, hazırda emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının payı daha çoxdur. Bu prosesdə isə rəqabətqabiliyyətli sənaye yaratmaq üçün innovasiya və texnologiya həlledici əhəmiyyət daşıyır.
Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Macarıstan İxrac Təşviqi Agentliyinin baş direktoru və xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Katalin Bihari, Dünya İnvestisiya Təşviqi Agentlikləri Assosiasiyasının icraçı direktoru İsmayıl Erşahin, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə direktoru Alkis Vryenios Drakinos və digər nüfuzlu şirkət və iqtisadi institutların nümayəndələri müasir sənaye quruculuğunun trendləri, nəqliyyat bağlantıları barədə fikirlərini bölüşüblər. İştirakçılar, həmçinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin regional inkişafa, eləcə də sənaye artımına verdiyi əvəzsiz töhfələrə də diqqət çəkiblər.
Asiya İnvestisiya Bankı “Transxəzər Yaşıl Enerji Dəhlizi”ni maliyyələşdirəcək
Tədbirdə əsas müzakirə istiqamətlərindən biri də bərpaolunan enerji sahəsində regional əməkdaşlıq məsələləri, Azərbaycanın iradəsi ilə həyata keçirilən “yaşıl enerji” siyasətinin mühüm nəticəsi kimi Xəzər-Qara dəniz-Avropa yaşıl enerji Dəhlizinin əhəmiyyəti ilə bağlı olub. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəalliyətlə yeni dinamika qazandırmaqdadır. Bu istiqamətdə ötən il COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən icra proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı birgə müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır.
Avropa Bankı yeni rəqəmsal texnologiyalar sahəsində ölkəmizə dəstək verəcək
ABŞ-ın “GEO Macro Asosation” şirkətinin icraçı direktoru, Nyu-York Universitetinin professoru Noreal Rubini dünyada geosiyasi gərginliklərin artdığı və yeni geoiqtisadi transformasiyaların baş verdiyi bir dövrdə Azərbaycanın və Mərkəzi Asiya respublikalarının böyük enerji potensialı ilə qlobal iqtisadiyyatın şaxələndirilməsinə imkan verən təşəbbüslərini yüksək dəyərləndirib. Qeyd edib ki, bu cür transkontinental layihələr iqtisadi həmrəyliyi möhkəmləndirməklə yanaşı, sabitliyin təmin olunmasında zəmanət rolunda çıxış edir. Azərbaycan ilə Ermənistan arasında sülh prosesini regionda sabitliyi təmin edən amil kimi qiymətləndirən cənab Rubini sabitliyin dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən faktor olduğunu vurğulayıb. Professorun fikrincə, regional əməkdaşlığın hüdudlarının genişlənməsi böyük bir coğrafiyada - Mərkəzi Asiya-Azərbaycan-Qafqaz və Avropa xətti üzrə böyük bir istehsal-emal-ixrac zəncirlərini quracaq, bölgənin potensialının dünya bazarlarına çıxışına və ticarətin artmasına yol açaçaq.
Azərbaycan ilə Avropa arasında enerji sahəsində etibarlı əməkdaşlıq əlaqələri də forumda təqdir olunub. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz region üzrə direktoru Alkis Vryenios Drakinos Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımları alqışlayaraq bankın bu prosesə dəstəyindən bəhs edib. Bildirib ki, Avropa Bankı Azərbaycana iqtisadiyyatını difersifikasiya ilə bağlı yeni prioritetləri həyata keçirməkdə yardım göstərməyə hazırdır. Anlaşmaya əsasən, AYİB Azərbaycan hökuməti ilə insan resurslarından istifadə, iqtisadiyyatın rəqəmsallaşdırılması, süni intellekt, yeni texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir.
Çin iş adamları Azərbaycana sərmayə yatırmaqda qərarlıdır
Çinin Xarici İnvestisiya Assosiasiyasının rəhbəri Hi Çenvey Azərbaycanda qeyri-neft sektorunun əksər bölmələrinin ölkəsinin iş adamları üçün maraq kəsb etdiyini, forumun panel iclaslarında azərbaycanlı biznes nümayənələri ilə müştərək layihələrə başlamaq haqqında faydalı qərarlar qəbul edildiyini xatırladıb. Çinin 12 əyalətindən 20 iş adamı ilə foruma qatıldığını bildirən Hi Çenvey Azərbaycanın da Çinə investisiya qarşılıqlı yatırımlarda son illərdə fəallıq nümayiş etdirdiyini, sərmayələrin hər iki ölkənin istehsal proseslərinə töhfə verdiyini vurğulayıb. Azərbaycanın nəqliyyat, tranzit və logistika, texnologiyalar bölmələrində Çinlə yaxın tərəfdaşlıq etməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində regionda irihəcmli sərmayə mühiti yaratması çinli iş adamlarının bu sahəyə marağını daha çox artırır. Eyni zamanda, Çin Azərbaycanda “yaşıl eneji” istehsalına investisiya yatırmaqda qərarlıdır, eləcə də azad ərazilərdə “ağıllı evlər”in tikilməsi, şəhər nəqliyyatında “ağıllı avtomobil”lərin istehsalı sahələrinə investisiya yatırılması müzakirə olunur.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti də Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına 1,2 milyard dollardan çox sərmayə yatırmaq niyyətindədir. Şirkətin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm əl-Mazrui bildirib ki, Biləsuvar və Neftçalada tikintisi başlayan 2 Günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkının inşası ilkin sərmayələr üçün zəmindir, yeni investisiyaların dəyəri isə daha böyük olacaq.
İnvestisiya dəyəri 5,5 milyard dollar olan müqavilələr imzalanıb
Forum çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) sahəsində potensialın artırılmasına dair əməkdaşlıq sazişi imzalanıb. Azərbaycan hökuməti və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanan sənədə əsasən, dövlət-özəl tərəfdaşlığı sahəsində birgə layihələrin icrası nəzərdə tutulur. Sənəddə DÖT layihələrinin icrasını asanlaşdırmaq üçün strategiyanın hazırlanması və əməkdaşların potensialının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsi, DÖT layihələrinin icrası strategiyasının hazırlanması, investisiya prosesinin nəzərdən keçirilməsi mexanizminin təkmilləşdirilməsi, eləcə də DÖT layihələrinin seçilməsi və həyata keçirilməsi üçün sahəvi təlimatların hazırlanması kimi əməkdaşlıq istiqamətləri öz əksini tapıb.
Həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “China Datang Overseas Investment Co.” arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə anlaşma memorandumu imzalanıb. Bu sənəd bərpaolunan enerji istehsalı, təmiz texnologiyalar və sənaye infrastrukturunun inkişafı sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur.
Dünya İqtisadi Forumu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Müqaviləsi imzalanıb. Eləcə də Azərbaycanın Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə “ACWA Power” şirkəti arasında birgə bilik və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, forumun ilk günü ümumilikdə dəyəri 5,5 milyard dollara bərabər olan müqavilələr imzalanıb ki, həmin sənədlər iqtisadi və investisiya layihələrini əhatə edir. Nazir qeyd edib ki, forumun ikinci günü dünyanın digər nüfuzlu şirkət və təşkilatları ilə yeni sazişlər də imzalanacaq. Yeni sənədlər regionda yeni əməkdaşlıqlar üçün dərin hüquqi baza olmaqla qlobal inteqrasiya və rifah quruculuğunu da inkişaf etdirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

