Dünya Bankının yeni proqnozu
15.01.2026 [10:36]
Azərbaycanda 2026-2027-ci illərdə iqtisadi artım davam edəcək
Nüfuzlu qlobal iqtisadi institutlardan olan Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artım ilə bağlı yeni proqnozlarını açıqlayıb. Bankın ekspert icmasının beynəlxalq ictimaiyyətə təqdim etdiyi “Qlobal İqtisadi Perspektivlə” hesabatına əsasən, 2026-cı ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz artacaq. Ehtimallara görə, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3 faiz, 2027-ci ildə isə 3,1 faiz səviyyəsində olacaq.
Hesabatda qeyd olunur ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.
DB-nin şərhinə əsasən, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son illərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. 2025-ci ildə ÜDM istehsalında qeyri- neft-qaz sektorunun payının artaraq 4 faiz təşkil etməsi əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir.
Qeyri-neft sektorunun artmasında əsas amillər kimi biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılması müsbət dəyərləndirilir.
“Business Ready” hesabatında yüksək nəticələr
Yeri gəlmişkən, Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatı açıqlanıb. Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub. Belə ki, Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb. Qiymətləndirmədə ballar 0-100 intervalında verilib. Bu göstərici tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricidən formalaşıb. Altgöstəricilərdən olan tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal və əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.
Qeyd edək ki, “Business Ready” hesabatı Dünya Bankı tərəfindən hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir. Hesabatda qiymətləndirmə biznesin açılması, fəaliyyət göstərməsi (və ya genişləndirilməsi) və bağlanması (və ya yenidən təşkili) zamanı şirkətin həyat dövrünü və bazarda iştirakını təşkil edən on mövzu üzrə aparılır. Hər mövzu üzrə bal tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricinin qiymətləndirilməsindən formalaşır. Qiymətləndirilən on mövzudan biri də maliyyə xidmətləridir.
2024-cü ildən etibarən açıqlanan hesabat dünyanın əksər iqtisadiyyatlarını əhatə etməklə, özəl sektorun inkişafı baxımından biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim edir. Hesabat çərçivəsində tənzimləyici mühit, şirkətlər və bazarlar üçün nəzərdə tutulmuş dövlət xidmətlərinin əlçatanlığı, eləcə də bu xidmətlərin əməliyyat səmərəliliyi nəzərə alınır.
Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar təqdim olunub. Sənəddə qeyd edilib ki, 2026-cı ilin sonunadək 164 ölkənin qiymətləndirilməsi nəzərdə tutulur.
Sülh müqaviləsi regional inteqrasiyaya töhfə verəcək
Dünya Bankı 2025-ci ilin avqustunda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin sabitliyin möhkəmlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcəyini gözləyir. Bankın mütəxəsssiləri vurğulayır ki, Ermənistan və Azərbaycan arasındakı sülh prosesində irəliləyiş Cənubi Qafqazda inteqrasiyanın dərinləşməsi üçün amil ola bilər. Hesabatda digər regionlardakı vıəziyyətə də nəzər salınır. Qeyd olunur ki, geosiyasi gərginlik Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinin pisləşməsi riskinin əsas amillərindən biri olaraq qalır. Rusiyanın işğalının uzanması və ya eskalasiyası Ukrayna iqtisadiyyatını daha da zəiflədə və geosiyasi qeyri-müəyyənliyin yüksək səviyyədə qalmasına səbəb ola bilər. Ukraynada döyüş əməliyyatlarının gözləniləndən daha tez başa çatması ölkənin bərpası ilə bağlı investisiyaları sürətləndirə və investorların etimadını artıra bilər.
Reytinq agentliklərinin proqnozları müsbətdir
Digər xarici iqtisadi institutların ölkəmizlə bağlı proqnozları da ümidvericidir.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda iqtisadi artım 2026-cı il üzrə 2,5 faiz, 2027-c? ildə isə 2,6 faiz təşkil edəcək. Artımın əsas mənbəyi kimi qeyri-neft sahələrindən əldə edilən əlavə dəyərlər əsas hesab olunur. Hazırda qeyri-neft sektorundakı artımın 6-7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq.
Asiya İnkişaf Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 faiz, “ING Group” isə 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə isə 2 faiz artım olacağını fərz edir.
BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 2,6 faiz təşkil edəcək.
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də demək olar ki, oxşardır. “S&P Global” agentliyi ölkəmizdə artımın 2026-cı ildə 2 faiz, “Fitch Ratings” 2,5 faiz, “Moody’s” isə 2,5 faiz olacağını gözləyir.
Qeyd edək ki, qlobal institutların iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. İqtisadiyyat Nazirliyi ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağını proqnozlaşdırır. Belə ki, 2026-cı ildə əlavə dəyərin real artımının 2,9 faiz, 2027-ci ildə 3,3 faiz, 2028-ci ildə isə 3,1 faiz olacağı ehtimal edilir. Qeyri-neft ÜDM-nin isə cari ildə 5 faiz, gələn il 4,8 faiz, 2028-ci ildə isə 5 faiz artacağı gözlənilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
YAP xəbərləri
19 Yanvar 22:24
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13

