Qarşılıqlı etimad əsasında
16.01.2026 [10:14]
Azərbaycan və İsrail aqrar sahədə əməkdaşlığın yeni yol xəritəsini müəyyənləşdirir
Azərbaycan və İsrail mövcud potensiallarından səmərəli istifadə etməklə aqrar sahədə tərəfdaşlığı daha da dərinləşdirmək, qarşılıqlı təcrübə mübadilələrini artırmaq niyyətindədir. Hər iki ölkə “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi” və Kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair yol xəritəsi”nin hədəflərinə uyğun olaraq ortaq layihələrin həyata keçirilməsini təmin etmək üçün birgə işçi qrupu səviyyəsində fəallığı artırmaqdadır. İsraildə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə qarşı tərəf arasında keçirilən görüşdə bu sahədə mövcud vəziyyət və əməkdaşlığın yeni istiqamətlərinə diqqət çəklib. Bildirilib ki, səfər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın yeni mərhələyə keçməsi və elmi-praktik əlaqələrin inkişafı üçün mühüm addım hesab olunur.
Səfər çərçivəsində nümayəndə heyəti İsrailin kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat və araşdırma mərkəzlərinə baş çəkib, İsrailin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Nazirliyində Azərbaycan və İsrail nümayəndə heyətləri arasında görüş keçirilib. İsrailli nazir Avi Dixter Azərbaycana ərzaq təhlükəsizliyi sahəsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında aqrar sahədə əməkdaşlıq perspektivlərinin genişlənəcəyini vurğulayıb. Bildirilib ki, bu cür müzakirələr ticarət dövriyyəsinin artırılmasına, heyvandarlıq və toxumçuluq sahələrində texnologiya transferinə, aqrar tədqiqat və təcrübə proqramlarının inkişafına, həmçinin suvarma sahəsində İsrail təcrübəsinin Azərbaycanda tətbiqinə töhfə verməkdədir.
Birgə sərmayə qoyuluşları artır
Məcnun Məmmədov iki ölkə arasında aqrar sahədə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildirib. O, Bakıda iki il əvvəl imzalanmış niyyət bəyannaməsi və yol xəritəsinin əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını qeyd edib. Görüş zamanı yol xəritəsinin təkmilləşdirilməsi barədə ilkin razılıq əldə olunub.
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr son illərdə daha da inkişaf edərək yeni sahələrdə birgə layihələrin icrası üçün dərin zəmin yaratmaqdadır. Hər iki ölkənin biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin, davamlı xarakter alan Biznes-forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalar kimi mühüm yer tutur. Əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılmasında Birgə Komissiya mühüm platforma kimi faydalı nəticələrin əldə olunmasına töhfə verir. Həmçinin, İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.
Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Eyni zamanda, kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur və İsrail şirkətlərinin bu sahələrə sərmayə yatırımlarında dinamika nəzərə çarpır.
“Gələcəyin dənizi” Qlobal Sammitin əhəmiyyəti
Azərbaycanın nümayəndə heyətinin İsraildə təşkil edilən “Gələcəyin Dənizi” II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammitində iştirakı da mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, azərbaycanlı mütəxəssislər İsrailin Volcani Institute Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Mərkəz İsrail hökumətinin Eilat regionu dəniz və səhra məhsullarının istehsalı üzrə ixtisaslaşmış mərkəzə çevirmək strategiyasının tərkib hissəsi kimi yaradılıb. Ən müasir biotexnologiyaların tətbiq və nümayiş olunduğu bu mərkəzin əsas hədəflərindən biri Qırmızı dəniz regionunda unikal dəniz fermalarının yaradılması və akvakultura tədqiqatlarının inkişaf etdirilməsidir. Burada Eilat körfəzinin təbii üstünlüklərindən istifadə etməklə dəniz məhsullarının müasir üsullarla istehsalı həyata keçirilir.
İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin aqrar tədqiqatlar üzrə əsas qurumu kimi fəaliyyət göstərən institut bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaq və ətraf mühit elmləri, eləcə də qida elmləri sahələrində aparılan elmi tədqiqatları dəstəkləyir.
Tərəflər aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, təhsil sahəsində və iki ölkənin şirkətləri arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq barədə əldə edilmiş razılığa əsasən yeni imkanları nəzərdə keçirir. Hazırda işğaldan azad edilmiş ərazilərdə İsrailin “yaşıl texnologiyalar” təcrübəsindən geniş istifadə edilir və bu texnoloji layihələrin miqyasının artırılması istisna deyil.
Biznes forumlar iqtisadi təmasları gücləndirir
İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Bu ölkə ilə respublikamız arasında qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması münasibətlərin yeni mərhələyə yüksəlməsində təkanverici rol oynayıb, bir sıra sahələrdə birbaşa təmaslar ümün hüquqi-iqtisadi sütunlar yaradıb.
Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycan-İsrail Biznes forumları da mühüm rol oynamaqdadır. Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investisya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmi artaraq 1 milyard dollara yaxınlaşıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

