/ / İstanbulda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və TANAP layihəsindəki pay bölgülərində dəyişikliklər edilməsi ilə bağlı sənədlər imzalanıb
İstanbulda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və TANAP layihəsindəki pay bölgülərində dəyişikliklər edilməsi ilə bağlı sənədlər imzalanıb
31.05.2014 [09:19]
Mayın 30-da İstanbulda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinə və TANAP layihəsindəki pay bölgülərində dəyişikliklər edilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.
İmzalanma mərasimindən əvvəl Ümummilli lider Heydər Əliyevin böyük fəlsəfi dəyər daşıyan “Bir millət, iki dövlət” kəlamı ilə başlanan, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin mahiyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
İstanbulun “Shangri - La Bosphorus” otelində keçirilmiş mərasimində çıxış edən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin ortaya çıxardığı əlaqələrin yaratdığı qarşılıqlı faydalı məsələlərin tarixi əhəmiyyətindən danışıb. “Şahdəniz” qaz-kondensat yatağının istismarı və TANAP layihəsi ilə bağlı Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış müqavilələrin və bu layihələr çərçivəsində ortaya çıxan digər hüquqi sənədlərin ölkələrimizin iqtisadi həyatına göstərdiyi təsirdən, bu layihələrin Avropada enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan və s. məqamlardan bəhs edən Türkiyənin Baş naziri bildirib ki, həyata keçirilən beynəlxalq layihələr Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanlar yaratdığı kimi, Avropa və Türkiyə arasında da mövcud əlaqələrin daha da sıxlaşmasına öz töhfəsini verməkdədir. Türkiyənin bu layihələrdəki payının artırılması Azərbaycan tərəfinin qardaşlıq münasibətinin təzahürüdür.
Ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulan enerji siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin tarixi əhəmiyyəti barədə fikirlərini çatdıran Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev dövlətimizin başçısının səmimi salamlarını mərasim iştirakçılarına çatdırıb. N.Əliyev bildirib ki, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsində, TANAP və TAP layihələrində Türkiyənin payının artırılması Azərbaycanın maraqlarına tam uyğundur.
Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen ehtiyatların istismarı və nəqli sahəsində gerçəkləşən iqtisadi layihələrin ortaya çıxardığı və proqnozlaşdırılan digər yeni layihələr barədə fikir və mülahizələrini bölüşən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qeyd edib ki, Azərbaycanın uzaqgörən neft strategiyası qardaş ölkələrimiz üçün tarixi əhəmiyyət daşıyan digər iqtisadi layihələrin də reallaşmasının əsasını qoyub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qeyd edib ki, həyata keçirilən irimiqyaslı layihələr ölkələrimiz arasındakı işbirliyini daha da genişləndirəcək və bundan sonra da yeni-yeni layihələrin əsasını qoyacaq. Azərbaycanın neft strategiyasından yaranan regional əhəmiyyətli bütün iqtisadi layihələrdə Azərbaycan və Türkiyənin mövcud paylarının artırılması ölkələrimizin və xalqlarımızın maraqlarını təmin edir, dövlətlərimizin iqtisadi qüdrətinin yüksəlişinə təkan göstərir.
“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və TANAP layihəsindəki pay bölgülərinin dəyişməsini nəzərdə tutan yeni müqavilənin əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, Azərbaycan və Türkiyə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların işlənilməsi və nəqlinə dair məsələlərin həllində həmişə bir-birilərinin maraqlarını müdafiə ediblər. Qeyd olunub ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” və onun ardınca həyata keçirilən digər beynəlxalq iqtisadi layihələr Azərbaycanda və Türkiyədə alternativ enerji mənbələrindən istifadə olunması, iqtisadiyyatın digər sahələri üçün təsisatların formalaşması, daimi iş yerlərinin yaradılması əhalinin rifahının yüksəlməsini təmin edib, dövlətlərimizin qüdrətini artırıb, gələcəkdə daha böyük iqtisadi layihələrin ortaya çıxması və reallaşması üçün möhkəm bünövrə yaradıb.
N.Əliyev, T.Yıldız və R. Abdullayev keçirdikləri brifinqdə imzalanan sənədlərin mahiyyəti barədə məlumat veriblər. Bildirilib ki, imzalanan sənədlər Türkiyənin BOTAŞ şirkətinin TANAP-dakı payını 20 faizdən artıraraq 30 faizə çatdıracaq, Türkiyənin TRAO şirkətinin “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi TANAP və TAP layihələrindəki payını 9 faizdən 19 faizə yüksəldəcək.
Mərasimdə hüquqi təsdiqini tapan dörd sənəd Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, BOTOŞ-un baş direktoru Mehmet Konuk və TRAO-nun baş direktoru Besim Şişman tərəfindən imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50

