Bölgələrdə keçirilən görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı ilk videokonfrans
06.09.2014 [09:43]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın bölgələrində RYTN tərəfindən əhali ilə keçirilən görüşlər zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı ilk videokonfrans keçirilib.
AzərTAc xəbər verir ki, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə, bu sahədə insanları maraqlandıran məsələlərlə bağlı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vətəndaşlarla keçirdiyi açıq görüşlərdə iştirak etmiş və 12 rayonu təmsil edən 20 vətəndaş onlayn şəkildə nazir tərəfindən təkrar qəbul olunub.
Videokonfransda qeyd olunub ki, 2014-cü il ərzində bölgələrdə nazir Əli Abbasovun qəbulunda olmuş 148 vətəndaşdan 142-nin müraciəti müsbət həllini tapıb, 6 nəfərin müraciətinin icrası üçün isə qoyulan müddət hələ başa çatmayıb və hazırda müraciətlərə nəzarət edilir.
Hacıqabul, Neftçala, Astara, Siyəzən, Lerik, Şamaxı, Qax, Gəncə, Şabran və digər rayonlardan edilən təkrar müraciətlər işlə təmin olunma, elektron ATS-in nömrə tutumunun artımı, ailə vəziyyəti ilə əlaqədar iş yerinin dəyişdirilməsi, internetlə təmin olunma, kəndin telefonlaşdırılması, rabitə sahəsində “Rabitə ustası” fəxri adı ilə təltif edilmə, telefon nömrələrinin artırılması və ya rabitə şöbəsinin yaradılması, rəqəmsal TV-dən istifadə edilməsinə köməklik və s. məzmunda olub.
Sözügedən məsələlərlə bağlı nazirə edilən müraciətlərin icrası həll edilib, həmçinin Əli Abbasovun tapşırığına əsasən, Qax şəhərində yerləşən 2 nömrəli liseyə 10 notebook əvəzsiz olaraq verilib. Uzun müddət rabitə sistemində işləyən, revmatizmdən əziyyət çəkən Neftçala rayon sakininin (Pakizə Alxasova) Naftalan sanatoriyasına yollayış alınmasına köməklik göstərilib, prosesin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Qəbulun sonunda nazir sahə üzrə yerli idarəedici qurumlara vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanılması, edilən hər bir müraciətə xüsusi qayğı və diqqətlə yanaşılması, eyni zamanda, icra müddəti tamamlanmayan məsələlərin qoyulan müddətdə həlli ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, RYTN-in əhali ilə keçirdiyi görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı videokonfransların təşkili bundan sonra ənənə halını alacaq. Bölgələrdə keçirilən görüşlərdə nazirə edilmiş müraciətlərin icra vəziyyətinə daha dəqiq nəzarət etmək üçün RYTN-də hər 6 aydan bir videokonfrans təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56

