“Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksi istifadəyə verilib
04.12.2014 [10:18]
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada yeni istixana komplekslərinin yaradılması və tərəvəz məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq dekabrın 3-də Kəngərli rayonunun Böyükdüz kəndində “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni istehsal müəssisələri yaradılır. Son illər özəl bölmənin fəaliyyətinin dəstəklənməsi, xüsusilə sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istehsal müəssisələri şəbəkəsinin genişlənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ötən dövrdə Sahibkarlığa Kömək Fondu tərəfindən 1174 layihənin həyata keçirilməsi üçün 104 milyon manatdan artıq kredit verilib. Göstərilən qayğı nəticəsində 2014-cü ildə muxtar respublikada 40 yeni istehsal və xidmət sahəsi yaradılıb. Yeni yaradılan istehsal müəssisələri arasında istixana kompleksləri mühüm yer tutur. Hazırda muxtar respublikada ümumi sahəsi 100 min kvadratmetrdən artıq olan istixana kompleksləri fəaliyyət göstərir. Bu da payız-qış mövsümündə əhalinin keyfiyyətli tərəvəz məhsulları ilə təminatında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksinin təşkilatçılarına təşəkkürünü bildirib, müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Bunun da nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faiz təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq sahibkarlarla görüşməsi, bu sahə üzrə yeni vəzifələrin müəyyənləşdirilməsi özəl bölmənin inkişafına təkan verib. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il sahibkarlarla görüşlər keçirilir, görülmüş işlər müzakirə olunur və qarşıda duran vəzifələr müəyyənləşdirilir”.
Ali Məclisin Sədri deyib: “Muxtar respublikada tərəvəz məhsulları istehsalını həyata keçirən istixana komplekslərinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksinin biznes planı təsdiq edildikdən sonra Sahibkarlığa Kömək Fondu tərəfindən kredit ayrılıb və müəssisə yaradılıb. 2014-cü ildə muxtar respublikada istifadəyə verilən istehsal müəssisələri arasında ən çox investisiya məhz bu sahənin yaradılmasına sərf olunub. Çünki əhalinin ilboyu keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsi vacib şərtdir. Bunun üçün də yeni istehsal müəssisələri yaradılmalı, sahibkarların fəaliyyəti dəstəklənməli, istehsal sahəsinin rentabelli işləməsi üçün daxili bazar qorunmalıdır”.
Ali Məclisin Sədri deyib: “Hər bir ölkənin iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq məhsullarına olan tələbatının ödənilməsində sahibkarlıq fəaliyyətinin mühüm yeri vardır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə hərtərəfli qayğı göstərilir. Bundan sonra da muxtar respublikada sahibkarlar qayğı ilə əhatə olunacaq, onlara hərtərəfli dövlət dəstəyi göstəriləcəkdir”.
Ali Məclisin Sədri müəssisənin rentabelli işləyəcəyinə əminliyini bildirib, bir daha kollektivi təbrik edib, istixana kompleksində yaradılan şəraitlə tanış olub.
Sahibkar Elçin Bağırov istixana kompleksi haqqında məlumat verib. Bildirib ki, müəssisə yaradılarkən Sahibkarlığa Kömək Fondundan 2 milyon manat kredit götürülüb, 2 milyon 150 min manat şəxsi investisiyadan istifadə edilib. Kompleksin yaradılmasının əsas məqsədi əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. 46 min kvadratmetr sahəsi olan yeni istixana kompleksində tərəvəz bitkilərinin əkini, şitil yetişdirilməsi, turşu istehsalı, dibçək güllərinin yetişdirilməsi və satışı sahəsi yaradılıb, hazır məhsulların saxlanılması üçün soyuducu anbar tikilib. Kompleksdə Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb, 2,7 kilometr uzunluğunda drenaj şəbəkəsi çəkilib, 3 traktor və məhsulların satış məntəqələrinə çatdırılması üçün soyuducu kameralı nəqliyyat vasitələri alınıb.
Kompleks tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilib. Burada damcı və çiləmə suvarma üsulundan istifadə edilir. Müasir texnologiyaların tətbiqi bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verəcəkdir. Şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsilə həyata keçirilir ki, bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir. İstehsal prosesində yalnız üzvi gübrədən istifadə olunur. Müəssisədə yaradılan soyuducu anbar isə tələbatdan artıq istehsal olunan məhsulların keyfiyyətinin itirilmədən saxlanılmasına imkan verəcəkdir.
İlkin mərhələdə kompleksdə 21 min xiyar, 105 min pomidor və 18 min çiyələk şitili əkilib. Müəssisənin illik istehsal gücü 1300 tondur. Məhsullar müxtəlif çəkili və gigiyenik qaydalara uyğun taralarda qablaşdırıldıqdan sonra satış məntəqələrinə göndərilir. Gələcəkdə kompleksin sahəsinin genişləndirilməsi və digər tərəvəz məhsullarının yetişdirilməsi də nəzərdə tutulur. Kompleksdə təhlükəsizlik kameraları quraşdırılıb, iş otaqları və yeməkxana istifadəyə verilib. İstixana kompleksində 50 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib, bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması, ekoloji təmiz məhsulların istehsalına diqqətin artırılması və bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinin dəstəklənməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verib.
Sahibkar Elçin Bağırov muxtar respublikada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını söyləyib və göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21

