Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan dördüncü biznes forumu keçirilib
07.03.2015 [11:12]
Martın 6-da Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda biznes forumun keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsüdür və artıq 4-cü dəfədir ki, təşkil edilir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumunda Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. Ümumilikdə isə biznes forumda 100-dən çoxu Azərbaycandan olmaqla, hər üç ölkədən 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib.
Əvvəlcə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək qonaqları salamlayıb, belə bir mötəbər tədbirin ölkəsində keçirilməsindən məmnun olduğunu bildirib.
Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Baş nazir birgə əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini qeyd edib. Bildirib ki, ölkələrimiz ciddi tərəfdaşdırlar, regionda həyata keçirdiyimiz iri infrastruktur layihələri bunun əyani sübutudur. İ.Qaribaşvili Gürcüstanın xarici investorlar üçün açıq olduğunu bildirib, Azərbaycan və Türkiyə iş adamlarının ölkəsinə sərmayə yatırmasını yüksək dəyərləndirib. Baş nazir bugünkü biznes forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili üç ölkənin iştirakı ilə növbəti biznes forumun Gürcüstan-Azərbaycan-Türkiyə dostluğunun təzahürü olduğunu qeyd edib, qonşu ölkələr arasında iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib. O, Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatındakı uğurlu fəaliyyətindən söz açıb, ölkəsinin Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu bildirib.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forum iştirakçılarını salamlayaraq, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda ənənəvi olaraq hər il keçirilən biznes forumun ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq və səmərəli əməkdaşlığın nəticəsi, dünyada örnək olduğunu vurğulayıb.
Qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması, Bakı-Tbilisi-Ceyhan, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars, Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü kimi strateji layihələr Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.
Nazir Ş.Mustafayev qeyd edib ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Bununla belə, regional inkişafa ciddi maneələr də var. Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən böyük təhdiddir.
Nazir bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, AZPROMO, KOSGEB, TİKA, DEİK, “İnvest in Georgia”, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır.
Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 2600-dən çox, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 6,3 milyard ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 5 milyard ABŞ dollarından çoxdur. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Ölkələrimiz arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir.
Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 340 şirkət, Azərbaycanda isə 235 gürcü şirkəti fəaliyyət göstərir. 1997-2014-cü illərdə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Gürcüstanın ticarət dövriyyəsindəki payına görə Azərbaycan 2-ci yeri tutur.
Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaq.
Nazir Şahin Mustafayev ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu da diqqətə çatdırıb.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini, bunun üçün iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, regionda həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizin iqtisadi gücünü daha da artırır. Bununla belə, regional əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensialdan tam istifadə edilməsi yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsindən sonra mümkün ola bilər.
Biznes forum çərçivəsində Gürcüstan Milli İnvestisiya Agentliyinin direktoru Georgi Pertaya, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının baş katibi Mustafa Mente və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov təmsil etdikləri ölkələrin investisiya mühiti və biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonda hər üç ölkənin iqtisadiyyat nazirləri jurnalistlərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

