Azərbaycan nümayəndə heyəti İzmirdə PETKİM-in yubiley mərasimində iştirak edib
03.04.2015 [10:00]
Türkiyədə ən böyük neft emalı zavodu olan “Petrol və Kimya Holdinq” Anonim Şirkətinin (PETKİM) qurulmasının 50-ci ildönümü münasibəti ilə İzmirdə təntənəli yubiley mərasimi keçirilib.
AZƏRTAC-n məlumatına görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti yubiley tədbirində iştirak edib.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra mərasimi giriş sözü ilə açan PETKİM-in baş direktoru Sadettin Korkut rəhbərlik etdiyi şirkətin yaranma tarixi, inkişaf mərhələləri və perspektivləri barədə məlumat verib.
Sonra Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev və digərlərinin çıxışları olub.
PETKİM-in kollektivini təbrik edən natiqlər əminliklə qeyd ediblər ki, bu şirkət yaxın gələcəkdə bölgənin ən nəhəng neft emalı zavodu olaraq fəaliyyətini davam etdirəcək. Çıxışlarda Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi əsasında 1994-cü ildə Bakıda imzalanmış “Əsrin müqaviləsi” neft sazişinin tarixi əhəmiyyətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin real nəticələrindən danışılıb. Qeyd olunub ki, Ulu öndərimiz tərəfindən müəyyən edilmiş inkişaf strategiyası sayəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi təmin edilib, TANAP layihəsinin reallığa doğru sürətlə irəliləməsinə nail olunub, o cümlədən “STAR” neft emalı zavodunun tikintisi reallaşdırılıb. Diqqətə çatdırılıb ki, sərmayə qoyuluşuna, istehsal həcminə və digər göstəricilərə görə 2023-cü ilə qədər Azərbaycan Türkiyədə birinci yerə sahib olacaqdır.
Çıxışlarda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimizin dostluğu və inkişafı zəminində birgə səyləri yüksək qiymətləndirilib.
Mərasimdən sonra Azərbaycan nümayəndə heyəti “STAR” neft emalı zavodunun və bu ərazidə inşa olunan dəniz limanının tikintisi ilə tanış olub. Burda işlərin yüksək keyfiyyətlə və qrafikə uyğun aparılması barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44

