Azərbaycanın da milli pavilyonla təmsil olunduğu “Milan Expo 2015” beynəlxalq sərgisi açılıb
02.05.2015 [09:14]
Mayın 1-də Azərbaycanın da milli pavilyonla təmsil olunduğu “Milan Expo 2015” beynəlxalq sərgisi açılıb.
Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (“Feeding the Planet, Energy for Life”) devizi ilə keçirilən sərgidə 140 ölkə təmsil olunur. Onlardan yalnız 54-ü tədbirdə milli pavilyonlarını təqdim edir.
Azərbaycan “Milan Expo 2015” sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə təmsil olunur. Sərgidəki “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan dördmərtəbəli milli pavilyonumuzun təməli ötən ilin iyulunda qoyulub. Bu layihənin hazırlanması üçün 300 nəfərə yaxın yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılıb. Ərazisi 1800 kvadratmetr olan pavilyonumuz ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnüm edir. Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan “Milan Expo 2015” beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkədir. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun öz dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu bildiriblər. Qeyd edək ki, ölkəmizin bu uğurları Ermənistanın “Milan Expo 2015”-də iştirakından imtina etməsinə ən böyük səbəbdir.
Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir. Xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər öz forması ilə ziyarətçilərə planetimizi xatırladaraq onun necə kövrək olduğunu bir daha göstərir. Pavilyonun “Səslər simfoniyası” adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ikinci mərtəbədə (“Rənglər simfoniyası”) iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar, üçüncü mərtəbədə (“Dadlar simfoniyası”) isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərir. Burada milli mətbəxin nümunələri ilə tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda öz əksini tapıb. Bundan əlavə, pavilyonda monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir.
Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə də yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Eynilə, belə bir monitor Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdirilib. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Eynilə paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. “Mirroring Baku” adlı bu layihə sərginin minlərlə iştirakçısı ilə Bakı arasında əlaqə yaratmağa imkan verir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də pavilyonumuzun daxili tərtibatında əks olunub. Bu günədək qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün müxtəlif ssenarilər hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaftlar, sosial inkişaf, ixrac və beynəlmiləlləşdirilmə, infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və GMO tərkibli məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar sərgi boyunca milli pavilyonumuzda təqdim olunacaq və ziyarətçilərin Azərbaycan ilə vizual tanışlığını təmin edəcək. “Milan Expo 2015” ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən 2015-ci ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər rayonlara dəfələrlə səfərlər edilib.
Xatırladaq ki, Beynəlxalq EXPO sərgiləri beş ildən bir keçirilir və bütün dünyadan gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və Futbol üzrə Dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur. Builki EXPO Sərgisi əvvəlkilərdən fərqlənir. Belə ki, “Milan Expo 2015”-də Ümumdünya Sərgilər tarixində görünməyən sayda - 54 milli pavilyon nümayiş olunur. Tədbirin rəsmi açılışına 172 gün qalmış bir ərəfədə 6,5 milyon biletin satılması Expo sərgilər tarixində təsadüf edilməyən bir göstəricidir. Məhz bu tədbirdə iştirak etmək üçün 20 milyon turistin İtaliyaya səfəri gözlənilir ki, bu da rekord göstəricidir.
“Milan Expo 2015” oktyabrın 31-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxSosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30

