Azərbaycanda GMO bitkilərlə bağlı nəzarət gücləndirilib
01.07.2015 [10:12]
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən genetik modifikasiya olunmuş (GMO) bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.
Dövlət Komitəsindən verilən məlumata görə, yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə yeyinti məhsullarının istehsalında GMO bitkilərin genetik materiallarından istifadənin qadağan edilməsi ilə bağlı tələblər əks olunacaq. Hazırda yeyinti məhsullarının istehsalı zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama üzrə tələbləri müəyyən edən standartlar hazırlanır və mövcud sənədlərə dəyişikliklər edilir.
Həmçinin, MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının qəbul etdiyi, Azərbaycan Respublikasında standartlaşdırma üzrə normativ sənəd kimi qüvvədə olan, lakin qanunvericiliyə zidd olan dövlətlərarası standartların hüquqi qüvvəsinin ləğv edilməsi məqsədilə Komitədə işlər görülməkdədir.
Əmrə əsasən, Komitə yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları və sınaq laboratoriyaları üzərində nəzarət tədbirlərini gücləndirib. Belə ki, bundan sonra yeyinti məhsullarını sertifikatlaşdıran qurumlar həmin məhsullarda genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının olmadığını sübut edən sınaq nəticələri əsasında sertifikatlaşdırma işlərini apara bilər. Əks təqdirdə, qanunvericiliyin tələblərini pozmaqla uyğunluq sertifikatı verən qurumların akkreditasiya attestatı ləğv ediləcək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görüləcək.
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə yeyinti məhsulları ilə əlaqədar yoxlamaların aparılması zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar qanunvericiliyin və standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmək və pozuntularla əlaqədar cinayət əlamətləri aşkar edildiyi halda, toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi tapşırılıb.
Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

