/ / İKT qeyri-neft sektorundan əldə olunan gəlirləri xeyli artıra və nəzarət mexanizmlərini gücləndirə bilər
İKT qeyri-neft sektorundan əldə olunan gəlirləri xeyli artıra və nəzarət mexanizmlərini gücləndirə bilər
13.01.2016 [09:31]
Dünyada baş verən iqtisadi, siyasi təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Bu da təbiidir, çünki son 20 ildə ölkəmiz açıq iqtisadiyyat modeli üzrə iqtisadi strukturlar formalaşdırmışdır. Hər bir modeldə olduğu kimi, açıq bazar iqtisadiyyatının da çatışmayan cəhətlərindən biri dünyada baş verən ümumi problemlərin milli iqtisadiyyatlara təsiridir. Bu təsirlərdən daha az zərərlə çıxmağın ən doğru yollarından biri isə şaxələndirilmiş iqtisadiyyatın, azad sahibkarlıq fəaliyyətinin yaranmasıdır. Son illər ərzində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf tempi xeyli yüksəlmiş, xüsusi çəkisi isə xeyli artmışdır.
Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır.
Qeyri-neft sektorunun inkişafına ən çox birbaşa və dolayısı ilə təsir edən alətlər toplusu İnformasiya Kommunikasiya Texnologiyalarıdır. Əslində, müasir dünyada İKT çoxdan bir sektor olmaq sərhədlərini aşmış, bütün sektorlarda effektiv, daha sərfəli, cəld və şəffaf idarəetmə alətinə çevrilmişdir. Təbii ki, ölkə özü nə qədər bu alətlərdən istehsal edə bilirsə, o qədər də çox gəlir əldə edə bilir. Məsələn, Belarusun 2015-ci ildə tək proqram təminatının istehsalından və ixracından əldə etdiyi gəlir 900 milyon dollara çatmışdır.
Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub. Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi “qara qızılı insan kapitalına çevirəcəyəm” strategiyası hətta o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin İKT ili elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir.
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun və xüsusilə də İKT sektorunun inkişafı üçün çox mühüm məsələlərə toxunmuş və qarşıda duran vəzifələri müəyyən etmişdir.
Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 mlrd. dolları aşmışdır. 2014-cü ildə İKT sektorunun gəlirləri 1.6 mlrd manat təşkil etmişdir. Dünya təcrübəsinə görə, İKT sektoruna yatırılan investisiyaların geri qayıtma müddəti (Return on İnvestment - ROİ) 3 ildən 5 ilədəkdir. Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın arta bilər. Bunun üçün ən azından lazımi investisiyalar artıq qoyulub. Ölkə Prezidentinin Sərəncamı ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar parkı yaradılmışdır.
Bundan əlavə, İKT sektorunu inkişaf etdirməklə, Bilik İqtisadiyyatını formalaşdırmaqla iqtisadiyyatın digər sahələrini də dolayısı yolla optimallaşdırmaq, idarəetməni effektivləşdirmək və əlavə gəlir əldə etmək mümkündür. Əslində, bu müasir dünyada sınaqdan çıxmış ən effektiv yol sayılır.
Bəs bu sahənin inkişafı üçün daha hansı addımlara ehtiyac vardır?
Əslində, dünya təcrübəsi göstərir ki, İKT sektorunun inkişafı ilkin olaraq investiyadan daha çox “ideya və mühit”dən asılıdır. Bu gün dünyada dəyəri və gəlirləri milyardlarla dollar olan nəhəng İKT şirkətləri çox cüzi investiya ilə, amma ideyalar əsasında yaranmışdır. Ölkəmizdə də mühit formalaşsa da, ideya “cücərti”ləri kimi formalaşan Startap-ların hərtərəfli dəstəklənməsinə ehtiyac vardır. Bu dəstək tək dövlət tərəfindən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır.
Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Dünyanın bir çox ölkələrində bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümumi dövriyyədə payının 0.04 faiz olması çox böyük potensialın olmasını göstərir.
Bu gün Azərbaycan İKT məhsullarının demək olar ki, 90 faizdən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s.) və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat vardır. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər.
Ölkəmiz, eyni zamanda, böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Bunların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu həm də milli təhlükəsizlik baxımından çox vacibdir.
Qısaca desək, İKT sahəsinin inkişafı üçün ölkədə dövlət tərəfindən əsasən lazımi şərait mövcuddur. Təbii ki, islahatlar və həvəsləndirici tədbirlər hər zaman tələb olunur və bu tədbirlər multiplikasiya effekti yaradır. Tək tələb olunan özəl sektorun yüksək təşəbbüskarlıq göstərməsi və ideyalarla çıxış etməsidir. İnnovativ sahibkarlığın inkişafına böyük zərurət vardır və bu fəaliyyət Azərbaycanda ən yüksək səviyyədə dəstəklənir.
Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

