/ / Azərbaycan İpək Yolunun sülhün, təhlükəsizliyin və tolerantlığın təminatçısı kimi əhəmiyyətini dünyaya çatdırır
Azərbaycan İpək Yolunun sülhün, təhlükəsizliyin və tolerantlığın təminatçısı kimi əhəmiyyətini dünyaya çatdırır
11.06.2016 [09:32]
İyunun 8-dən 12-dək İspaniyanın Valensiya şəhərində UNESCO İpək Yolu layihəsinin onlayn platformasının ikinci beynəlxalq forumu keçirilir. “La seda y la paz” (İpək və sülh) devizi altında keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İspaniya ilə yanaşı, Livan, Xorvatiya, İtaliya, Çin, Fransa, həmçinin Dünya Turizm Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri iştirak edirlər. Budəfəki tədbir dünya xalqları arasında dözümlülüyün təbliğatına, sülhə və əmin-amanlıq çağırışına həsr olunub.
Tədbirin rəsmi açılış günündə Valensiya şəhərinin meri tərəfindən iştirakçıların şərəfinə ziyafət verilib.
İyunun 9-da Türkiyənin İspaniyadakı səfirliyi tərəfindən təşkil olunmuş mədəni tədbirdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, UNESCO İpək Yolu layihəsinin Azərbaycandan olan milli koordinatoru Şahin Mustafayev də iştirak ediblər. Tədbir zalında Azərbaycana aid guşədə ölkəmizin qədim İpək Yolunun bərpası dövründən bəri həyata keçirdiyi layihələr, mədəniyyətimizi, turizm potensialımızı əks etdirən təbliğat materialları, broşürlər və CD-lər təqdim edilib. İştirakçılar Azərbaycan milli rəqslərini maraqla izləyiblər.
Həmin gün milli koordinator Şahin Mustafayev UNESCO 2016-2018-ci illər üzrə İpək Yolu onlayn platforması üzrə büronun vitse-prezidenti seçilib.
İyunun 10-da keçirilən onlayn platformada İspaniyada fəaliyyət göstərən diplomatik korpusun bir sıra rəhbərləri çıxış ediblər.
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov çıxışında Böyük İpək Yolu və onun ölkəmizlə bağlı tarixi barədə danışıb.
Səfir “İpək və sülh” devizi altında keçirilən layihənin reallaşmasında UNESCO-nun Valensiya üzrə mərkəzinin rolunu qeyd edib. Bildirilib ki, qədim İpək Yolu təkcə ticari əhəmiyyət daşımayıb, o həm də xalqları və sivilizasiyaları birləşdirib, sülhün təminatçısı olub. Azərbaycan öz coğrafi mövqeyi ilə bu tarixi yolda xüsusi əhəmiyyət daşıyıb. Bakı, Şəki, Şamaxı, Gəncə kimi şəhərlərdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyətlərini, dinlərini bölüşməklə sülh içində yaşamanın örnəyi olublar.
Anar Məhərrəmov vurğulayıb ki, qədim İpək Yolu Azərbaycan tarixində zəngin irs qoyub. Ötən əsrin sonlarında tarixi İpək Yolunun mədəni əhəmiyyəti yenidən artmağa başladı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bakıda Avropa Komissiyası ilə birgə tarixi İpək Yolunun bərpası məqsədilə konfrans keçirilib və TRACECA kimi iri layihənin əsası qoyulub. Bu gün də Azərbaycan Şərq və Qərbi birləşdirən layihələrdə fəal iştirak edir, çoxlarının təşəbbüskarıdır.
Bildirilib ki, bu gün Bakı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün mühüm mərkəzlərdən birinə çevrilib. Bu il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində daha bir tədbir - “Yeni İpək Yolu-Sülh Yolu” forumu keçirilib.
Səfir 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıraraq vurğulayıb ki, bütün bu təşəbbüslərlə Azərbaycan İpək Yolunun sülhün, təhlükəsizliyin və tolerantlığın təminatçısı kimi əhəmiyyətini dünyaya çatdırır.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

