Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib
14.10.2017 [09:43]
Dünən 2017-ci ilin 9 ayında Nərimanov rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı Öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin iqtisadi göstəriciləri barədə məlumat verilərək, ilin doqquz ayının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 143,9 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artımın əldə edildiyi, istehlakçılara 2 milyard 149,5 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104,6 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 45,2 milyon manatlıq investisiyanın yatırıldığını vurğulanıb.
Rayonda həyata keçirilən pilot layihələrə toxunularaq, hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təkliflərinin nəzərə alınaraq, Nazirlər Kabinetinin rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini və beləliklə də rayon ərazisində yerləşən 9 ünvanda artıq tikinti işlərinə başlanıldığı, 13 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrə olduğu, 5 ünvanda isə sənədləşdirmə işlərinin davam etdiridiyini qeyd edilib.
Ölkə xaricində həyata keçirilən geniş layihələrdən danışarkən, dövlətimizin başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti üzrə müvafiq fərmanlarına uyğun olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin beş mərtəbəli binasının layihəyə uyğun olaraq artıq tikilib hazır vəziyyətə gətirildiyi xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə edib. O, dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün rayondakı idarə və müəssisə rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci ilin doqquz ayında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24

