Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur
29.12.2017 [09:57]
Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və “ATEF” Şirkətlər Qrupunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda keçirilən konfransda deyib.
Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərin icrasına həsr olunan konfransda sahibkarlar və mütəxəssislər iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin fəaliyyətə başladığını və ixrac potensialının yüksəldiyini qeyd edib. Bildirilib ki, bu sahədə müvafiq tədqiqatlar aparılır, “Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması” metodologiyası hazırlanıb və sənayeyönümlü müəssisələrdə sorğu aparılıb. Tədbirdə bu sorğuların nəticəsinə əsasən, energetika sənayesinin dəstəklənməsi üzrə müasir texnologiya və qənaətli istehsal metodlarının tətbiqi ilə fərqlənən “ATEF” Şirkətlər Qrupunun model müəssisə olduğu elan edilib.
N.Səfərov, həmçinin Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına, özəl investisiya əsasında model müəssisənin yaradılmasının dəstəklənməsinə dair Strateji Yol Xəritəsində 2017-2020-ci illər üzrə əsas götürülmüş hədəflər üzrə görülmüş işlərdən və 2018-ci ildə bu istiqamətdə görüləcək tədbirlərdən bəhs edib.
Konfransda “ATEF” Şirkətlər Qrupunun idarə heyətinin sədr müavini Nadir Kərimov iştirakçılara şirkətin fəaliyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qənaətli istehsal üsulları, institutun direktor müavini Arzu Hüseynova qənaətli model müəssisə, İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov model müəssisənin stimullaşdırılması mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların təklifləri müzakirə edilib. İştirakçılara “ATEF” Şirkətlər Qrupunun fəaliyyət istiqamətlərini əks etdirən kitabçalar təqdim olunub.
Sonda iştirakçılar “ATEF”ə daxil olan zavodların fəaliyyəti ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

