/ / Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15.03.2018 [10:03]
Martın 14-də Bakı Media Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının vacibliyini vurğulayıb.
Agentliyin sədri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən yaradılıb və bu ilin yanvarından fəaliyyətə başlayıb.
Q.Təhməzli bildirib ki, ən vacib məqamlardan biri qida təhlükəsizliyi zəncirində iştirak edən subyektlərin özlərinin qida təhlükəsizliyi haqqında məlumatlandırılması, eyni zamanda ictimaiyyətin maarifləndirilməsidir. Bu məsələ həm də yaxın zamanda qida təhlükəsizliyi anlayışının formalaşmasını və hər bir Azərbaycan vətəndaşının sağlamlığına ictimai nəzarəti təmin edəcək.
Onun sözlərinə görə, bu aktual problemin həllində media çox aktiv rol oynayır. Çünki ictimaiyyətə düzgün və dolğun məlumatların çatdırılması və maarifləndirilmə işlərinin aparılması sahəsində medianın rolu danılmazdır. Bunun üçün hər bir vətəndaş da bu sahədə fəal olmalıdır.
Q.Təhməzli Bakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, qurumun həyata keçirdiyi maarifləndirmə aksiyaları çərçivəsində vətəndaşlar qida məhsullarından daha şüurlu şəkildə istifadə edəcək.
“Bu məqsədlə biz media ilə işi Bakı Media Mərkəzinə həvalə etmək niyyətindəyik. Çünki, Bakı Media Mərkəzi bu sahəni bilən çox peşəkar qurumdur. Hesab edirəm ki, Bakı Media Mərkəzi bu işin öhdəsindən peşəkarlıqla gələcək və ölkə əhalisinin sağlamlığının qorunmasında agentliyin qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində yardımçı olacaq. Məqsədimiz qalmaqal xarakterli, insanları çaşdıra biləcək məlumatlardan yayınmaqdır”.
Sonra Qida Təhlükəsizliyi Agentliyinin rəsmi loqosunun təqdimatı olub.
Bakı Media Mərkəzinin direktoru Orman Əliyev isə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi sayılan sünbülün elementlərindən istifadə olunub. O, həmçinin bildirib ki, agentliyin fəaliyyəti ilə bağlı müxtəlif reklam aksiyaları və videoçarxlar hazırlanacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

