“Sahibkarlıq günü”nə həsr olunmuş konfrans keçirilib
26.05.2018 [07:28]
Mayın 25-də İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, sahibkarların, ictimai birliklərin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə “Sahibkarlar günü”nə həsr olunan konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, abidəsi önünə çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları, həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Bakı Biznes Mərkəzinin foyesində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və sənaye şöbələrinin, Sahibkarlığa Kömək Milli Fondunun, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, sənaye parklarının və məhəllələrinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, “Təmiz Şəhər” ASC-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının sahibkarlığın inkişafı və dəstəklənməsi sahəsində gördüyü işlərə dair stendlər quraşdırılıb, maarifləndirici materiallar yerləşdirilib.
Müvafiq qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə konfrans iştirakçılarına ətraflı məlumat verib, KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail olunduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, üçüncü ildir keçirilən “Sahibkarlar Günü” də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir.
Nazir Şahin Mustafayev vurğulayıb ki, aprelin 11-də keçirilmiş Prezident seçkiləri bir daha xalqımızın son 15 il ərzində ölkəmizdə görülmüş genişmiqyaslı işləri yüksək qiymətləndirdiyini və Azərbaycanda sabitliyi, əmin-amanlığı, iqtisadi inkişafı təmin edən siyasəti dəstəklədiyini təsdiq edir.
Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir və bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84 faizi, məşğulluqda isə 75 faizi ötüb, 90 mindən çox müəssisə yaradılıb.
Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək olan dövrdə 69-cu yerdən 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyə kimi MDB-də liderliyini qoruyub saxlayır. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib və 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.
İqtisadiyyat naziri qeyd edib ki, qeyri-neft sektorunda istehsal və ixrac potensialının artırılması məqsədilə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Mingəçevir, Pirallahı və Milli Elmlər Akademiyasının yüksək texnologiya parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb, tikintisi tamamlanmış sənaye zonalarında müasir standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. Həmçinin 2,5 milyard manatlıq investisiya qoyuluşunu nəzərdə tutan 271 layihə üçün İnvestisiya Təşviqi Sənədi verilib. Artıq bu layihələrin 130-u üzrə müəssisələr fəaliyyətə başlayıb. Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında 1-ci mərhələ üzrə işlər başa çatıb. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi gözlənilir.
İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2018-ci ildə isə qaytarılmış kreditlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmləri xüsusi əhəmiyyət kəsb edir və indiyədək xarici ölkələrə 13 ixrac missiyası təşkil olunub, sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib, ölkəmiz 11 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Sahibkarlardan bazar araşdırmalarının aparılması üçün 50-yə yaxın sifariş daxil olub və artıq 12 bazar araşdırması aparılıb. Belarusda Azərbaycan Ticarət Evi artıq 1 ildən çoxdur ki, sahibkarların istifadəsindədir. Latviya və Ukraynada da Azərbaycan ticarət evlərinin yaradılması işləri yekunlaşmaq üzrədir. Çin, Rusiya, BƏƏ və Polşada Azərbaycanın ticarət nümayəndələri təyin edilib. Dövlət-özəl əməkdaşlığının genişləndirilməsi üçün 15 istehsalçılar və ixracatçılar assosiasiyası, İxracatçılar Klubu yaradılıb. Yerli istehsalın potensialının yüksəldilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft ixracı 2017-ci ildə 24,4 faiz, 2018-ci ilin I rübündə isə 35 faizə yaxın artıb. Eyni zamanda, Azərbaycanın tranzit potensialının yüksəldilməsi məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi istifadəyə verilib ki, bu da sahibkarlar üçün geniş imkanlar açır, özəl bölmənin fəaliyyətini stimullaşdırır. İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə dövlət başçısına bir daha minnətdarlığını bildirib, iş adamlarını “Sahibkarlar Günü” münasibətilə təbrik edib.
Sonra sahibkarlığın inkişafına həsr olunmuş “Dayanıqlı inkişaf. Güclü sahibkarlıq” filmi nümayiş olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.
Sahibkarlarla bağlı xüsusi günün qeyd edilməsinin ölkədə biznes mühitinə, özəl sektora verilən böyük önəmin göstəricisi olduğunu bildirən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergiödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər barədə danışıb.
Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, aqrar sahənin inkişafında sahibkarlığın rolundan bəhs edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirdəki çıxışında dövlət başçısının rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlar, həyata keçirilən tədbirlərin iqtisadiyyatın və ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, gömrük işinin daha səmərəli təşkili istiqamətində həyata keçirilən innovativ tədbirlər barədə məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, dövlət başçısı tərəfindən “Sahibkarlar Günü”nün qeyd edilməsi ilə bağlı Sərəncamı özəl bölməyə ölkə iqtisadiyyatında əsas prioritet istiqamətlərdən biri kimi böyük önəm verildiyinin daha bir nümunəsidir. Səttar Möhbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, dövlət başçısının özəl bölmənin inkişafına göstərdiyi dəstək sahibkarların daha yaxşı işləməsində, ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun artırılmasında önəmlidir. Azərbaycanın biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahat aparan ölkələrdən olduğunu diqqətə çatdıran Məmməd Musayev, qüdrətli və müasir Azərbaycanın davamlı inkişafı üçün sahibkarların da çox işlər görməli olduğunu qeyd edib və bu sahədə konfederasiyasının görəcəyi işlər barədə məlumat verib.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda - “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşəcəyini qeyd edib.
Sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Tədbirdə çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, həyata keçirilən çoxsaylı dəstək tədbirləri, fəaliyyətlərinə verilən yüksək qiymət üçün dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub. Ölkə başçısına sahibkarlığın inkişafı üçün görülən işlərə görə təşəkkür bildirən sahibkarların müraciətində deyilir: “Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri və yeni dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir. Görülən işlər, genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin Ümumi Daxili Məhsulda və məşğulluqda xüsusi çəkisi artır, yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac imkanları genişlənir.
Hazırda ölkə rəhbərliyinin təşəbbüsü ilə yerli istehsalın davamlı olaraq dəstəklənməsi, investisiyaların və ixracın təşviqi mexanizmlərinin uğurlu tətbiqi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması Azərbaycan iqtisadiyyatında özəl bölmənin rolunun və rəqabət qabiliyyətinin artırılmasına mühüm təsir göstərməkdədir”.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

