Manatın kursunun sabit qalmasını şərtləndirən fundamental amillər mövcuddur
15.08.2018 [08:58]
Mütəxəssislər bildirirlər ki, neft gəlirlərinin artması və qeyri-neft sektorunda inkişaf dinamikasının yüksək olması fonunda milli valyutamızın ucuzlaşması gözlənilmir
Ölkəmizin davamlı inkişafını gözü götürməyən xaricdəki anti-azərbaycançı dairələr və onlarla koordinasiya olunmuş şəkildə fəaliyyət göstərən daxildəki radikal müxalifət düşərgəsinin təmsilçiləri respublikamıza qarşı hansısa çirkin kampaniyaya başlamaq, “qara piar” aparmaq üçün kiçik bir fürsəti də qaçırmaq istəmirlər. Həmin dağıdıcı ünsürlər üçün növbəti belə “fürsət” isə son günlərdə qlobal güc mərkəzlərinin yeni spekulyativ ssenarilərinin arzuolunmaz nəticəsi kimi ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanla qonşuluqda yerləşən Türkiyədə və Rusiyada milli valyutaların ABŞ dollarına nisbətdə kəskin dəyər itirməsi olub. Belə ki, son günlərdə xaricdəki antimilli mərkəzlərin “züy tutanları” rolunda çıxış edən radikal müxalifət düşərgəsinin təmsilçiləri nəzarətlərində olan KİV-lərdə, həmçinin sosial şəbəkələrdə aktivləşərək ayrı-ayrı ölkələrdə məzənnə dəyişikliyi kontekstində ajiotaj yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Onlar iddia edirlər ki, guya bu və ya digər ölkədə dolların bahalaşması Azərbaycandan da yan keçməyəcək və manat ucuzlaşacaq. Şayiələri dövriyyəyə buraxanlar adətləri üzrə bu dəfə də hər hansı bir arqumentə, iqtisadi əsaslandırmaya istinad etmirlər.
Halbuki milli valyutaların məzənnə dəyişikliyi - ucuzlaşması və yaxud bahalaşması bir sıra amillərlə şərtlənir ki, bu amillər sırasında iqtisadiyyatın durumu, monetar siyasətlə bağlı dövlətin siyasi iradəsi və bir sıra başqa cəhətlər önəmli rola malikdir. Milli iqtisadiyyatımızın real göstəricilərinə, həmçinin ölkədə aparılan monetar siyasətin mahiyyətinə istinad edərək demək mümkündür ki, hazırkı şəraitdə bizim milli valyutamızın ABŞ dollarına nəzərən dəyər itirməsinə obyektiv əsaslar yoxdur və belə bir perspektiv gözlənilmir. Ayrı-ayrı ölkələrdə milli valyutaların ucuzlaşmasına gəldikdə isə, bu, həmin ölkələrin daxili reallıqları ilə əlaqədar olan bir məsələdir. Azərbaycan güclü dövlətdir, milli maraqlarını qətiyyətlə qoruyur. Son illərdə milli iqtisadiyyatımızın xarici mənfi şoklara qarşı müqavimət gücünün artması hansısa bir ölkədə müşahidə edilən mənfi proseslərin respublikamıza keçməsi və yaxud məqsədli şəkildə ötürülməsi risklərini qabaqcadan sıfra endirir. Azərbaycan manatının məzənnəsi digər ölkələrin milli valyutalarına nəzərən deyil, məhz dollara münasibətdə formalaşır. Manat-dollar kursu isə üzun müddətdir ki, sabit qalmaqdadır.
Yeri gəlmişkən, qəzetimizə açıqlama verən ekspertlər də manatın ucuzlaşacağı ilə bağlı deyilənlərin qərəzli şayiələrdən başqa bir şey olmadığını bildirirlər. “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, ölkəmizdə və qlobal miqyasda gedən prosesləri müqayisə etdikdə o qənaət hasil olur ki, indiki halda manatın ucuzlaşması üçün hər hansı bir fundamental amil yoxdur. Fikirlərinə davam edən millət vəkili deyib: “Milli valyutaların məzənnəsi absurd bir anlayış deyil, bilavasitə milli iqtisadiyyatdakı vəziyyətlə şərtlənən məsələdir. Son 15 ildə dünyada iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi, vaxtında qəbul etdiyi çox mühüm qərarlar, imzaladığı sənədlər sayəsində yeni iqtisadi modelə keçidi uğurla təmin edib. Ölkədə aparılan islahatlar ilk növbədə neftdənkənar iqtisadiyyatın sürətli inkişafının təmin edilməsinə hesablanıb. Respublikamızda bu məqsədlə özəl bölmə, daxili istehsal güclü şəkildə dəstəklənir. Ölkənin investisiya cəlbediciliyinin artırılmasına hesablanan tədbirlər, həmçinin ixracın səmərəli təşviq mexanizminin işə salınması, xarici ölkələrdə “Made in Azerbaijan” brendinin təbliği, milli şirkətlərin beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə çıxış etmələri artıq öz müsbət bəhrəsini verir. Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları ixracı 27 faiz, kənd təsərrüfatı məhsulları ixracı 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib.
2018-ci ilin birinci yarısında qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur. Beləliklə, respublikamız neftdənkənar iqtisadiyyatın sürətli inkişafı sayəsində bu sektordan da gəlirlər qazanmağa başlayıb. Bu isə öz növbəsində milli valyutamızın kursunun sabit qalmasına müsbət təsir göstərir”.
Tahir Rzayev bildirib ki, indiki şəraitdə manatın məzənnəsi ilə bağlı nikbinlik yaradan digər amillər də mövcuddur. “Manatın məzənnəsinin sabit qalmasını şərtləndirən digər mühüm amil isə son vaxtlar birjalarda neftin qiymətinin artması ilə bağlıdır. Azərbaycan Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasını uğurla reallaşdırır və xarici bazarlara böyük həcmlərdə karbohidrogen məhsulları çıxarır. Birjalarda neftin qiymətinin 70 ABŞ dollarından yüksək formalaşması manatın kursunun sabit qalmasını şərtləndirən çox mühüm amil qismində çıxış edir. İqtisadi-maliyyə müstəqilliyinin təmin edilməsi respublikamızın manevr imkanlarını artırıb. Bu, digər sahələrdə olduğu kimi, milli valyutaya qarşı yönələn təzyiqlərin uğurla dəf edilməsində də özünü aydın şəkildə göstərir”, - deyə Tahir Rzayev bildirib.
“Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatları səmərəli şəkildə xərclənməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaradılmasına nail olunub. Bir vaxtlar iqtisadiyyatımızda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə bu nisbət əhəmiyyətli dərəcədə dəyişib və ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 70 faizədək artıb. Cari ilin birinci yarısında milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda qeydə alınıb. Belə ki, ötən 6 ayda iqtisadi artım qeyri-neft sənayesində 11,1 faiz, kənd təsərrüfatında 7,6 faiz təşkil edib. Statistik göstəricilər bir daha təsdiqləyir ki, hazırda qeyri-neft sektoru ölkəmiz üçün valyuta gətirə biləcək strateji sahəyə çevrilib”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva ifadə edib.
Millət vəkili bildirib ki, eyni zamanda, son vaxtlarda birjalarda neftin qiymətinin artması və optimal səviyyədə sabitləşməsi də respublikamıza böyük dividendlər qazandırır. “Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də özünün strateji valyuta ehtiyatlarını artırır. Artıq Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 44 milyard dolları ötüb ki, bu da kifayət qədər böyük rəqəmdir. Artan gəlirlər milli iqtisadiyyatımızın qarşısında daha geniş inkişaf perspektivləri açıb. Belə müsbət reallıqlar fonunda milli valyutamızın məzənnəsi ilə bağlı hər hansı təhlükə gözlənilmir”, - deyə K.Əliyeva vurğulayıb.
K.Əliyeva onu da əlavə edib ki, ölkədə makroiqtisadi sabitlik təmin edilir, tədiyyə balansı da profisitlidir. Millət vəkili deyib: “2018-ci ilin ötən dövründə inflyasiya hədəf dəhlizindən aşağı olmaqla azalma trendini saxlayıb. Eyni zamanda, beynəlxalq reytinq agentlikləri ölkəmizin iqtisadi inkişafı ilə bağlı müsbət proqnozlar veriblər. Həmin proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycan iqtisadiyyatında 3 faizlik artım müşahidə ediləcək. Bütün bu deyilənlər manat üçün hər hansı bir təhlükəni istisna edir. Əksinə, indiki reallıqlar fonunda milli valyutamızın müəyyən qədər möhkəmlənəcəyi daha real görünür”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

