Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
17.11.2018 [10:27]
Noyabrın 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Tədbirdə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Daha sonra AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan avtomobil yollarının tarixindən və son illər respublika yollarının təmiri, bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Saleh Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, yollar sahəsində o dövr üçün böyük işlər görülüb.
S.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkə üzrə 15 min kilometr uzunluğunda yol çəkilib. Təkcə bu ilin 9 ayında 30-a yaxın rayonda və paytaxtda təqribən 1 milyon əhalinin yaşadığı 500-dən çox yaşayış məntəqəsini əhatə edən layihələr üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, yol təsərrüfatında daha ciddi uğurların əldə olunması isə Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonraya təsadüf edir. Respublika iqtisadiyyatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsini, bərpasını və yenidən qurulmasını zərurətə çevirib. Yol təsərrüfatında görülən işlər müstəqilliyimizi bərpa etdikdən sonra da davam etdirilib. Ümummilli lider Heydər Əliyev “Tarixi İpək yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirib. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artıb, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit məkanına çevrilib.
Sədr ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması Prezident İlham Əliyevin iqtisadi siyasətində də diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirilib ki, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, avtomobil yollarının istismarı, tikintisi və təmiri, eyni zamanda, yolların qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində ciddi dönüş yaranıb. Qəbul olunan proqramlar çərçivəsində Bakıda, habelə digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət alıb. Azərbaycanın nəqliyyat potensialı daha da gücləndirilib.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikanın ümumi istifadədə olan 17500 kilometr uzunluğunda avtomobil yollarına və paytaxtın 1600 kilometr uzunluğundakı küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən yuxarı yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir.
Onun sözlərinə görə, ölkəmizin yol təsərrüfatının inkişafında mühüm nəticələr qazanılıb. Bunu beynəlxalq reytinq agentliklərinin hesabatları da təsdiqləyir. Belə ki, Dünya İqtisadi Forumunun reytinqlərində öz yerini hər zaman möhkəmləndirən Azərbaycan 2017-ci ildə MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Dünya İqtisadi Forumunun apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 137 ölkəsi arasında 36-cı yerdə qərarlaşıb.
Tədbirdə Azərbaycan avtomobil yollarının 100 illiyinə həsr olunmuş film nümayiş olunub.
Yubiley tədbirində Türkiyə, Rusiya, Koreya Respublikası, Çin, Yunanıstan və digər ölkələrdən qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

