NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL-İQTİSADİ İNKİŞAFI: İQTİSADİ ARTIM VƏ İCTİMAİ RİFAH
23.11.2018 [08:58]
Azərbaycan Respublikasının iqtisadi inkişaf potensialının gücləndirilməsi ölkəmizin regionlarının mezoiqtisadi çəkisinin daha da artırılmasına stimul verməkdədir. Bu isə özünü istehsal və emal əlaqələrinin inkişafında, səmərəli təsərrüfatçılıq perspektivlərinin gücləndirilməsində, sosial dayaqların möhkəmliyində, məşğulluq səviyyəsinin yüksəldilməsində, makroiqtisadi proseslərin düzgün istiqamətləndirilməsində və digər uğurlu nəticələrin qazanılmasında göstərməkdədir. Təbii ki, bütün bunlar milli iqtisadi inkişafda daima mühüm töhfələri ilə iştirak edən Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafında görünməkdədir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi davamlı sosial-iqtisadi inkişaf strategiyasına sadiq qalmaqla, həyata keçirilən tədbirlər muxtar respublikada uzaq gələcək üzrə perspektivlərin artırılmasına güclü zəminlər yaratmışdır. Hədəf və prioritetlərin düzgün müəyyənləşdirilməsi, onlara doğru addımlamaqda qətiyyətlilik göstərilməsi, sosial dayaqların daha da gücləndirilməsinə səbəb olacaq amillərin səfərbər edilməsi muxtar respublikada iqtisadi proseslərin səmərəliliyini daha da artırmışdır. Bu isə, təbii ki, Naxçıvan Muxtar Respublikasının müstəqillik illərində davam edən islahatlar fonunda sosial-iqtisadi potensialının daha da artmasına səbəb olan başlıca amillərdən birini təşkil etməkdədir.
Naxçıvan Muxtar Respublikası iqtisadi artım dinamikasını təmin etməklə, iqtisadi hadisə və proseslərin məhsuldarlığını yüksəltməkdədir. Milli iqtisadi inkişafa hərəkətverici təsiri olan sahələrin bir-biri ilə əlaqəli tərəqqisi ümumilikdə makroiqtisadi siyasətin uzaq gələcək üzrə səmərəliliyinə təminat vermiş və bu, dayanıqlı iqtisadiyyat üçün baza olmuşdur. İqtisadi sarsıntılara, böhranlara və digər istənməz hallara qarşı müqavimətinin artırılması muxtar respublikanın müasir qürurverici iqtisadi və sosial gücünün ifadəsinə çevrilmişdir. Ölkə başçısının qətiyyətli rəhbərliyi ilə artıq üçüncü mərhələsinin yekunlarına doğru addımladığımız regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bütün regionlar kimi, muxtar respublikada da makroiqtisadi göstəricilərin artım dinamikasını təmin etmişdir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 1 sentyabr 2014-cü il tarixdə imzalanan Fərmanla təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi də elə məhz real sektorun inkişafı, iqtisadiyyatın diversifikasiyası, sürətli inkişaf istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Hesablamalar göstərir ki, üçüncü Dövlət proqramının səmərəli icra mexanizminin təmin edilməsi nəticəsində 2014-2018-ci illərdə muxtar respublikada əsas makroiqtisadi göstərici olan ÜDM-in və onun hər bir nəfərə düşən həcmi 1,2 dəfə, sənaye məhsulunun həcmi 1,1 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 1,3 dəfə, nəqliyyat sektorunda yük daşınması 1,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 1,1 dəfə, o cümlədən mobil rabitə 1,1 dəfə, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,6 dəfə, əhaliyə göstərilən ödənişli (pullu) xidmətlərin həcmi isə 1,3 dəfə artmışdır.
Əlbəttə, bütün bunlar muxtar respublikada keçən dövrlər üzrə iqtisadi artımın dinamik olduğunu göstərməkdədir. Digər tərəfdən, göstərilən ardıcıllıqda ÜDM-in strukturunda səmərəli təşkilatlanma öz əksini tapmışdır. Buna əsasən qeyd edə bilərik ki, muxtar respublikada makroiqtisadi siyasət:
- əhalinin daha firəvan, daha rahat və daha keyfiyyətli həyat şəraitinin yaradılmasına istiqamətlənib, ona xidmət edir və güclü təminat yaradır;
- iqtisadiyyatın aparıcı sahələrinin davamlı və çevik inkişafını sürətləndirməklə sosial mahiyyəti yüksək olan nəticələrə yol açmaqdadır;
- səmərəli infrastruktur quruculuğunun əhatəsini ən ucqar dağ kəndlərinə qədər genişləndirməklə fasiləsiz istehsalın davamlılığına zəminlər yaradır;
- innovativ inkişafa dayanan iqtisadi proseslərin düzgün istiqamətləndirilməsini sürətləndirir;
- milli iqtisadi quruculuq proseslərinin uzaq gələcək üzrə perspektivliyini daha da gücləndirir və s.
Muxtar respublikada iqtisadiyyatın mövcud inkişaf səviyyəsi onun həm sosiallaşma səviyyəsinin yüksəldilməsinə, həm də milli iqtisadi inkişafdakı töhfələrinə stimul olmaqdadır. Yeni istehsal sahələrinin yaradılması, mövcud olanların isə fasiləsizliyinin təmin edilməsi muxtar respublikanı qarşıya qoyduğu məqsədlərə doğru daha da yaxınlaşdırmaqdadır. Bu isə bütün sahələrdə olduğu kimi, təbii ki, əhalinin rifah göstəricilərinin də artmasında özünü göstərir. Nəticədə isə ölkə iqtisadiyyatının və onun regional mahiyyətinin üstün tutulduğu potensial təşəkkül tapmaqla, özünü bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləğində göstərməkdədir. Qeyd edək ki, hazırda muxtar respublikamızda bu göstərici 430 manata yaxındır.
Göründüyü kimi, 2014-cü illə müqayisədə cari dövrdə müvafiq göstəricilər arasındakı artım 1,1 dəfə təşkil etmişdir. Təbii ki, bu potensial, bir tərəfdən, ötən dövrdə muxtar respublikada Dövlət proqramlarının səmərəli icra olunmasını göstərirsə, iqtisadiyyatın perspektivliliyinin artırılmasını özündə əks etdirirsə, digər tərəfdən də əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsini ifadə edir. Əlbəttə, bütün hallarda isə bu, istehsal münasibətlərinin inkişafında, iqtisadiyyatın təminat qabiliyyətliliyinin artmasında və bununla da iqtisadi tarazlığın təşəkkülündə keyfiyyətcə yeni mərhələnin başlanğıcını təmin etmişdir. Təbii ki, mühüm hədəflərdən biri muxtar respublikada iqtisadi vasitələrdən səmərəli istifadənin təmin edilməsidir ki, bu da özünü iqtisadiyyatın sosial mahiyyətinin artırılmasında göstərməkdədir.
Artıq Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafı ilə ölkənin milli iqtisadiyyatı üçün mükəmməl baza təmin etməkdədir. Bununla yanaşı, etibarlı qonşuluq siyasətinin, səmərəli xarici ticarət əlaqələrinin və nəticə etibarı ilə uğurlu regional siyasətin üstünlüklərini özündə yaşatmaqdadır.
Sosial-iqtisadi siyasətin səmərəli təşkili bu sahədəki proseslərin düzgün idarə olunmasına zəmin yaratmışdır. Əsas məqsəd muxtar respublikada istehsalla istehlak arasındakı tarazlığın təmin edilməsindən ibarət olmaqla, bütün rayon, qəsəbə və kəndlərin bu sahədəki perspektivliliyinin artırılmasına nail olmaqdır. Elə bu məqsədlə ucqar kəndlərdə istehsal sahəsindəki infrastruktur təşkilatlanmış, bununla da kəndlərin iqtisadi inkişafı təmin edilmiş, etibarlı məskunlaşma daha da stimullaşmışdır. Bütün bunlar isə istehsalçıların bazara çıxış imkanlarını olduqca asanlaşdırmaqla yanaşı, həm əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə, həm də daxili bazarın yerli məhsullarla təminatındakı əlçatanlığın artmasına imkanlar açmışdır. Nəticədə isə, istehlak bazarı əhalinin istehlak malları ilə təmin edilməsində və ödənişli xidmətlərin göstərilməsində yekdil və çevik mexanizmlərin məcmusu olaraq formalaşmışdır. Aşağıdakı şəklin məlumatları bunu ifadə etməkdədir.
Bu bir həqiqətdir ki, 2004-cü ildən səmərəli icra olunan regional inkişaf proqramlarının yaratdığı sağlam iqtisadi-istehsal mühiti muxtar respublikada müvafiq sahə üzrə güclü baza yaratmışdır. Nəticədə isə 2018-ci ilin yanvar-sentyabr aylarında müvafiq göstəricinin 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çox olduğunu qeyd edə bilərik.
Beləliklə, Naxçıvan Muxtar Respublikası uzaq gələcək üzrə prioritetlərinə doğru qətiyyətlə addımlamaqdadır. Artan güc və sosiallaşan iqtisadiyyat daha da etibarlı təminat qabiliyyətini formalaşdırmaqla, həm regional Dövlət proqramlarının, həm də digər hüquqi mexanizmlərin səmərəli icra olunduğunu göstərməkdədir. Təbii ki, bunların hər biri müvafiq Dövlət proqramlarının uğurlu başlanğıcını, onun icrasındakı qətiyyətliliyi, eləcə də milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritələrinin də perspektivlərini dolğun ifadə etməkdədir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

