Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Auditorlar Palatası Moskvada beynəlxalq konfransda təmsil olunub

Auditorlar Palatası Moskvada beynəlxalq konfransda təmsil olunub

30.04.2019 [09:54]

Auditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-praktik konfransda təmsil edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyasının “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının prezidenti, professor Anatoli Şeremetin dəvəti ilə Azərbaycan Auditorlar Palatasının nümayəndə heyəti Moskvada beynəlxalq elmi-praktik konfransda iştirak edib. Auditorlar Palatasının sədri Vahid Novruzov “Avrasiya regionu ölkələrində auditin, mühasibat uçotunun və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqinin inkişafının aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransda “İqtisadiyyatın kölgələşməsinin azaldılmasında auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, dövlətimizin başçısının müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilib.
Eyni zamanda, tədbirdə iştirak edən digər xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilib, təcrübə mübadilələri aparılıb.
Sonda V.Novruzov Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin 2019-cu il 24 aprel tarixli qərarı ilə “Audit sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edilib.

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30