Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
16.08.2019 [09:18]
Prezident İlham Əliyev: Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir
Son illərdə Azərbaycanda aqrar sektorun inkişafına dövlət səviyyəsində böyük dəstək göstərilir ki, bu da təsadüfi deyil. İlk növbədə onu vurğulamaq lazımdır ki, respublikamızda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan ölkəmiz bu imkanlardan istifadə etməklə, həmçinin bölgələrdə tarixən formalaşan ənənələrdən bəhrələnməklə özünün ərzaq təhlükəsizliyini sırf daxili istehsal hesabına təmin etməyi hədəfləyib. Eyni zamanda, aqrar sektorda aktivliyin artırılması regionlarda yaşayan insanların məşğulluğunun təmin olunmasına, onların gəlirlərinin artmasına yeni imkanlar açır ki, bu da ciddi sosial əhəmiyyət daşıyan məsələdir.
Hərtərəfli dövlət qayğısı aqrar sektorda istehsalın artmasına müsbət təsir göstərir
Respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə fermerlərə göstərilən dövlət qayğısı həm daha səmərəli və çevik hüquqi mexanizmlərin yaradılmasını, institusional sferanı, həm də torpaq mülkiyyətçilərinə praktiki müstəvidə dəstək tədbirlərinin genişləndirilməsini əhatə edir. Bunun təsdiqi olaraq vurğulayaq ki, son vaxtlarda Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əsasında kənd təsərrüfatında ciddi struktur islahatları aparılıb, funksional baxımdan fermerlərə daha yaxın olan strukturlar formalaşdırılıb, bölgələrdə Aqrar Könüllülər Hərəkatı genişləndirilib. Ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması və bu sistemin əhatə dairəsinin genişləndirilməsi təqdirəlayiq haldır. Bütün ölkə üzrə bu proses intensiv şəkildə genişlənir. Hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılması böyük əhəmiyyət daşıyır. Mərkəzlərdə “vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Nəticədə texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib. Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, gübrələrlə əlaqədar liberallaşma gələn ildən tam həyata keçiriləcək. Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək.
Yeri gəlmişkən, bu günlərdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278419 istehsalçıya 907997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62127,7 min manat, 9 rayon (şəhər) üzrə 2100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217529,2 kiloqram yaş baramaya görə 1087,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.
Respublika Komissiyası qeyd edilənlərlə yanaşı, 23 satıcı təşkilata 92137 istehsalçıya 388450,29 hektara görə satılmış mineral gübrələrin qiymətinə tətbiq edilmiş 36447,4 min manat, 64757 istehsalçıya 253427,94 hektara görə satılmış pestisidlərin qiymətinə tətbiq edilmiş 8132,3 min manat, cəmi 44579,6 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib.
Fermerlər arasında maarifləndirmə tədbirlərinin aparılması da böyük əhəmiyyət daşıyır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, 2019-cu ildə fermerlərə 1088 təlim və seminar keçirilib. Aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən hazırlanmış Fəaliyyət Planına uyğun təşkil olunur. Bu ilin 7 ayı ərzində keçirilən təlimlərə 19854 kənd təsərrüfatı məhsulu istehsalçısı cəlb olunub. Fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Prezident İlham Əliyev ölkəmizdə fermerlərə hərtərəfli dəstək göstərilməsindən, o cümlədən də texnika və gübrə təminatının yüksək səviyyəyə çatdırılmasından məmnunluğunu bildirərək vurğulayıb: “Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”.
Öz növbəsində hərtərəfli dövlət qayğısı fermerləri ruhlandırır və aqrar sektorda istehsalın artmasına müsbət təsir göstərir. 2019-cu ilin birinci yarısında aqrar sektorda istehsal rekord səviyyədə artıb. Prezident İlham Əliyev bildirib ki, müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb: “Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın”.
Aqrar sektorda istehsal həcmlərinin əhəmiyyətli dərəcədə artmasını rəqəmlər də təsdiqləyir. Cari ilin birinci yarısında aqrar sektorun Ümumi Daxili Məhsulda payı 5,6 %-ə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədə kartof istehsalı 10,3%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub. 2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, cari təsərrüfat ilində respublikamızda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən operativ tədbirlər nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da əvvəlki illərlə müqayisədə daha yüksəkdir. İlkin məlumata görə, cari ildə ölkədə taxıl istehsalı 40 % artıb. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, kənd təsərrüfatının dayanıqlı inkişafı bundan sonra da təmin ediləcək: “Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.
Ölkəmizin aqrar sektordan ixrac imkanları genişlənir
Azərbaycanda aqrar sektorun inkişafını şərtləndirən amillərdən biri ölkəmizin böyük istehlak bazarları ilə əhatə olunması ilə bağlıdır. Bu bazarlarda ölkəmizdə yetişdirilən keyfiyyətli, ekoloji cəhətdən təmiz meyvə və tərəvəz yaxşı tanınır və xarici istehlakçılar öz ənənələrinə sadiq qalaraq bu məhsulları məmnuniyyətlə alırlar. Yeni şəraitdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını qarşıya məqsəd qoyan respublikamız xarici bazarlara daha böyük həcmlərdə yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsulları çıxartmaqla özünün valyuta daxilolmalarını artırmaq niyyətindədir. Yeri gəlmişkən, son vaxtlaradək respublikamızda yetişdirilən keyfiyyətli kənd təsərrüfatı məhsulları əsasən yaxın xarici bazarlara göndərilirdi. Prezident İlham Əliyev qarşıya ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırıqları əsasında uzaq xarici ölkələrdə məhsullarımızın təbliği və tanıdılması istiqamətində müxtəlif səpkili tədbirlər görülür, logistik mərkəzlər, ticarət evləri yaradılır. Cari ilin əvvəlindən bəri respublikamızın bölgələrində yetişdirilən müxtəlif adda məhsullar bir neçə nüfuzlu beynəlxalq sərgidə uğurla nümayiş etdirilib. Həmin sərgilərdə Azərbaycan şirkətləri məhsullarımızın ixracına dair çoxsaylı müqavilələr bağlayıblar. Ümumiyyətlə, müşavirdə də bildirildiyi kimi, ölkəmizdə aqrar sektorda istehsal artdıqca xarici bazarlara da daha böyük həcmlərdə məhsul göndərilir. “Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, 2019-cu ilin 6 ayı ərzində ölkədən 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

